ÇIRMAMAQ

f. Paltarının qolunu və ya şalvarının balağını bir neçə qat qatlayıb qaldırmaq, çırmalamaq; çırmanmaq.
[Gülsənəm] Tahirdən cavab almamış, qollarını çırmadı, un gətirib, xəmir yoğurmağa başladı. M.Hüseyn.
Musa kişi qolunu çırmadı, bıçağı daşa çəkdi. M.İbrahimov.

◊ Qolunu çırmamaq məc. – bir işi görmək üçün hazırlıq görmək, hazırlaşmaq, hazır olub gözləmək.
Çırma qollarını, öt ustadını; Lakin əsərinlə, quru sözlə yox. S.Rüstəm.

ÇIRMAMA
ÇIRMANMA

Digər lüğətlərdə