ÇIXARIŞ

is.
1. Hər hansı mətndən (sənəddən) eynilə köçürülmüş hissə. Qərardan çıxarış. Çıxarışın məxəzini göstərmək.
2. Çıxartmaq işi; çıxarma.
3. Texnoloji proses nəticəsində bir məhsuldan alınan başqa məhsul; ekstrakt.
Quşüzümü ekstraktı … quşüzümü meyvələrindən alınan sulu çıxarışdır. R.Əliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇIXARIŞ iqtibas — sitat — xülasə
ÇIXARILMAQ
ÇIXARMA
OBASTAN VİKİ
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.

Digər lüğətlərdə