[Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə.
□ Çaşbaş qalmaq – nə edəcəyini bilməmək, qəti bir fikrə gələ bilməmək, fikri qarışmaq, çaş qalmaq, çaşbaş olmaq.
[Rəşid:] Mən çaşbaş qalıb, Nailənin geniş açılmış gözlərinə, qanı qaçmış zərif dodaqlarına baxdım və küçəyə yüyürdüm.
Çaşbaş qoymaq – fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq.
Arvad bir az da cinləndi: – Ay qızım, bu də təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaşbaş qoyasınız.
Çaşbaş olmaq – bax çaşbaş qalmaq.
[Axund:] Özgə molla olsaydı, çoxdan çaşbaş olmuşdu.
Çaşbaş salmaq – bir-birinə qarışdırmaq, bir-birindən ayırd edə bilməmək, çaş salmaq.
Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı.
Yoxsa yenə nömrələri çaşbaş saldın? – deyə Validə gülə-gülə soruşdu.