Aleksandr Çakovski
Aleksandr Çakovski (26 avqust, 1913, Rusiya imperiyası, Sankt-Peterburq - 17 iyul, 1994, RF, Moskva,) - Rus yazıçısı
== Haqqında ==
Aleksandr Borisoviç Çakovski 1913-cü il avqust ayının 26-da Peterburqda anadan olmuşdur. 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı, 1978-ci ildə Lenin mükafatı, 1950-ci və 1983-cü illərdə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. 1941-ci ildən Sov.İKP üzvü olmuşdur.
Yaradıcılığına 1937-ci ildən tənqidçi kimi başlamışdır. “Bu Leninqradda olmuşdur” (1944), “Lida” (1945), “Sülh günləri” (1947) trilogiyası Böyük Vətən müharibəsində Leninqradın qəhrəmanlığından bəhs edir. “Bizdə artıq səhərdir” (1949), “Omrün bir ili” (1956), “Seçdiyimiz yollar” (1960) və s. romanlarının, “Uzaq ulduzun işığı” (1962), “Gəlin” (1966) və s. kimi povestlərin müəllifidir.
1954-1963-cü illərdə “İnostrannaya literatura”jurnalının baş redaktoru, daha sonra “Literaturnaya qazeta” jurnalının baş redaktoru olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü olmuşdur.