ÇARİZM

[ rus. ] Qeyri-məhdud hakimiyyətin təkcə padşaha, çara məxsus olduğu dövlət idarə üsulu; çar üsuli-idarəsi; çarlıq. Çarizmin devrilməsi.
– Yoxsa bu qalanın hər divar daşı, Olacaq çarizmə bir məzar daşı. S.Vurğun.
Knyaz Voronsovun Tiflisdə bütün Qafqazda ilk dəfə olaraq teatr yaratmaqdan məqsədi Zaqafqaziyada çarizmin möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇARİZM çarizm bax padşahlıq
ÇARİ́ÇA
ÇARQAT

Digər lüğətlərdə