ÇAYLAQ

is. Quru çay yatağı.
Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza.
[Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev.

□ Çaylaq daşı – bax çaydaşı.
Yolun o əl-bu əlində yuyulub təmizlənmiş muncuq kimi gözəl çaylaq daşları parıldayır, tez-tez təkərlərin ağzından qoparaq çırtaçırtla dörd yana səpələnir. M.İbrahimov.
Çaylaq daşından tikilmiş [Xınalıq kəndinin] evləri, torpaq eyvanları, səkiləri, ağacsız dar küçələri elə bil çiçəklərlə, güllərlə bəzənmişdi. R.Rza.

Etimologiya

  • ÇAYLAQ Mənası “iki dağın arasından axan çayın məcrası” deməkdir. Hərfən “çay yeri” anlamını verir. Çay isə “su” deməkdir
ÇAYQOVUŞAN
ÇAYLAMA
OBASTAN VİKİ
Çaylaqqala
Çaylaqqala (əvvəlki adı: Xtsabert) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndi Çaylaqqala kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çaylaqqala kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə burada ermənilərin məskunlaşması ilə əlaqədar kəndin adı Xtsabert (erm. "çay daşından qala") adlandırılmışdı. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır. Oykonim çaylaq (çay yatağı) və qala (tikili) sözlərindən düzəlib, "çay yatağı yaxınlığında qala" deməkdir. == Tarixi == === Tarixi abidələri === Çaylaqqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Çaylaqçay
Çaylaqçay – Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m, hovzəsinin sahəsi 190 km²–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır. == Həmçinin bax == Azərbaycan çayları == Mənbə == Çaylar,Göllər,Bulaqlar...

Digər lüğətlərdə