ÇİÇƏKLƏNMƏK

f.
1. Çiçək açmaq, gül açmaq, çiçəkləmək.
Çiçəklənib bar verir sulananda bağ-bağat; Su ilə boz səhrada canlanıb qalxır həyat. N.Rəfibəyli.
Bahar çağı Qubada; Çiçəklənir ağaclar. M.Seyidzadə.

2. məc. İnkişaf etmək, tərəqqi etmək, çiçəkləmək.
// məc. Abadlaşmaq, abad olmaq.
İnsanın tükənməz əbədiyyəti; Çiçəklənir onun sinirlərində. M.Müşfiq.
Zəhmətinlə çiçəklənir; Qara qumlu səhralar. Aşıq Hüseyn.

3. məc. Həyata keçmək, yerinə yetmək.
Bir gün olacaq, ürəkdə qalan arzular çiçəklənəcək. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİÇƏKLƏNMƏK güllənmək — göyərmək — yaşıllaşmaq
  • ÇİÇƏKLƏNMƏK 1. ÇİÇƏKLƏNMƏK (gül haqqında) [Qəndab:] Ağaclar çiçəklənməyə başladı (B.Bayramov); Bu günədək qış paltarından çıxmaq olmur, ağaclar çiçəklənir, bülbül

Antonimlər (əks mənalı sözlər)

  • ÇİÇƏKLƏNMƏK ÇİÇƏKLƏNMƏK – SOLMAQ Larisanın gülşəni yenə çiçəkləndi (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çəkildi (M
ÇİÇƏKLƏNMƏ
ÇİÇƏKLİ

Digər lüğətlərdə