ÇİLƏNMƏK

f.
1. Damcı-damcı, sıçrantı halında tökülmək; səpilmək.
Bəzən su damcıları yağış halında fəhlələrin üstünə səpələnir, üz-gözlərinə çilənirdi. M.Hüseyn.
Yaşar arabir üzünə çilənən ( f.sif. ) yağışın soyuqluğunu hiss etmirdi. M.Rzaquluzadə.

2. məc. Səpilmək.
Günəş elə bil ki, aşağı endi; Elə bil, daha gur işıq çiləndi. N.Xəzri.
Bir yerə buluddan yağış səpələnəndə, o biri yerə günəşdən nur çilənirdi. B.Bayramov.

ÇİLƏNMƏ
ÇİLƏYƏN

Digər lüğətlərdə