Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı…
Bir daha xarabalığı gözdən keçirdikdən sonra qocaya tərəf dönüb, əlini onun çiyninə qoydu.
// Geyimin haman yeri örtən hissəsi. Paltonun çiyni.
– [Uşağın] gözünün yaşı pencəyimin çiynini islatmışdı…
□ Çiyninə aşırmaq – qaldırıb çiyninə qoymaq.
Tapdıq xurcunu götürüb çiyninə aşırdı.
◊ Çiynindən (çiyinlərindən) ağır yük götürülmək – bax çiynindən (çiyinlərindən) dağ götürülmək.
Çiynindən (çiyinlərindən) dağ götürülmək – üzərindən ağır yük götürülmək, ağır, məsuliyyətli bir işdən azad olmaq.
Birdən mən [qadını] tanıyarkən elə bil çiynimdən ağır bir dağ götürüldü.
Çiyninə (çiyinlərinə) düşmək – üzərinə, öhdəsinə düşmək, görməli olmaq.
Çiynini (çiyinlərini) atmaq (çəkmək) – narazılığını və ya bir işdən xəbəri olmadığını bildirmək əlaməti olaraq çiyinlərini tərpətmək.
Seyran çiyinlərini atdı: – Bilmirəm, – dedi.
Frosya çiyinlərini çəkib, dodaqlarını büzdü.