online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

ÖLÇÜ

predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.
ORQANON
ÖLÜM
OBASTAN VİKİ
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Ağac (ölçü vahidi)
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə — hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Baş (ölçü vahidi)
Baş - qədim ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Fransız ölçü şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Mina (ölçü vahidi)
Mina (q.yun. μνᾶ, μνέα, μνᾶς, lat. mina) — qədim Yaxın Şərq, qədim Misir və qədim Yunanıstan ölkələrində çəki ölçüsü, həmçinin pul vahidi. Mina müxtəlif ölkələrdə böyük hesablama və pul vahidi idi, lakin heç bir yerdə sikkə şəklində zərb edilməmişdir.
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. == Mənbə == Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. ==== Təsnifatı ==== İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər. Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir. Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir. Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə ciha zı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.
Ölçü transformatoru
Ölçü transformatorları — cərəyan və gərginlik səviyyələrinin transformasiyası və izolyasiyası üçün istifadə olunan yüksək dəqiqlik sinifli elektrik qurğularıdır. Ölçü transformatorları cərəyan və gərginlik transformatorları olmaqla iki növə ayrılır. Ölçü cərəyan və gərginlik transformatorları yüksək gərginlikli dəyişən cərəyan dövrələrində ölçmə , mühafizə və avtomatika cihazlarına birləşdirmək üçün istifadə edilir. Ölçü gərginlik taransformatoru yüksək gərginlik dövrəsinə paralel qoşulur. Ölçü cərəyan transformatorları isə dövrəyə ardıcıl və dolayı qoşulur.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ölçü vahidləri
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Paskal (ölçü vahidi)
Paskal (beynəlxalq işarəsi: Pa, rusca işarəsi: Па) – BS-də Təzyiqin vahididir. Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. == Əsas vahidlərlə ifadə olunması == 1 P a = 1 N m 2 = 1 k g m .
0-cı Ölçü (0D)
Sıfırölçülü fəza, 0-cı ölçü və ya 0D riyaziyyatda müəyyən bir topoloji məkana bir ölçü təyin edilməsinin bir neçə qeyri-bərabər anlayışından birinə görə sıfır ölçüsü olan bir topoloji məkandır. 0-cı ölçü, ümumiyyətlə bizim haqqında tez-tez fikirləşmədiyimiz bir ölçüdür. Nöqtələr, 0-cı Ölçüdə düzgün başa düşə biləcəyimiz yeganə varlıqlardır. Onların nə ölçüləri, nə qalınlığı, nə uzunluğu, nə də hündürlükləri mövcuddur. Onlar eyni zamanda həm ola biləcəkləri qədər böyük, həm də ola biləcəkləri qədər kiçik ola bilərlər. Əgər 0-cı Ölçüdə bir kub mövcud olsaydı, həmin kub sadəcə nöqtə olaraq görünərdi. Həmçinin, kubun istənilən tərəfə doğru uzadılmış bütün ölçüləri eyni olardı, çünki 0-cı Ölçüdəki varlıqların ölçüsü mövcud deyil.
Azərbaycan milli ölçü vahidləri
Azərbaycanlıların uzunluq ölçüsü olaraq addım, qulac (qolac), qarış, çərək (bəzi bölgələrdə qimey), dirsək, ayaq, barmaq və s.-dən ibarətdir. Etnoqrafik materiallar azərbaycanlıların təsərrüfat və məişət həyatında çəki və ölçü vahidlərindən son zamanlara qədər, bəzilərindən isə elə indi də istifadə olunduğunu göstərir. Orta əsrlərdə Azərbaycanda olmuş ərəb coğrafiyaşünas-səyyahların əsərlərində gün, mil, sikkə, mərhələ, bərid, dirsək, qarış və başqa bu kimi ölçü və çəki vahidlərinin adlarına rast gəlinir. Bəzi alimlər uzunluq ölçmək üçün yumruq, pəncə, gireh (4,4 sm), buğum, darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyədən də istifadə olunduğunu yazırlar. Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. == Ədəbiyyatn == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Batareya ölçülərinin siyahısı
Bu məqalədə ev, avtomobil və yüngül sənayedə bəzi ümumi birincil və ikincil batareyaların ölçüləri, formaları və ümumi xüsusiyyətləri araşdırılacaq. Standartlaşdırma == Marka üçün qeyri-standart adlar == == Batareya kimyası və gərginliyi == == Fiziki dəyişkənlik == == Silindrik batareyalar == == Düzbucaqlı batareyalar == == Kamera batareyaları == == Düymə hüceyrələri — sikkə, saat == == Lityum-ion batareyalar (şarj edilə bilən) == == Köhnəlmiş batareyalar == == Həmçinin bax == Batareya qutusu Batareyanın Utilizasiyası Batareya (vakuum borusu) Batareya növlərinin siyahısı == İstinadlar == == Əlavə oxu == IEC 60086–1: Primary batteries — Part 1: General IEC 60086–2: Primary batteries — Part 2: Physical and electrical specifications IEC 60086–3: Primary batteries — Part 3: Watch batteries IEC 60086–4: Primary batteries — Part 4: Safety of lithium batteries ANSI C18.1, Part 1 Portable Primary Cells and Batteries With Aqueous Electrolyte — General and Specifications ANSI C18.1, Part 2 Portable Primary Cells and Batteries With Aqueous Electrolyte Safety Standard ANSI C18.2, Part 1 Portable Rechargeable Cells and Batteries — General and Specifications ANSI C18.2, Part 2 Portable Rechargeable Cells and Batteries Safety Standard ANSI C18.3, Part 1 Portable lithium Primary Cells and Batteries — General and Specifications ANSI C18.3, Part 2 Portable lithium Primary Cells and Batteries Safety Standard MOD Defence Standard 61–017 The Selection and Introduction of Batteries and Fuel Cells for Service Use MOD Defence Standard 61–021 Generic Specification for Batteries == Xarici keçidlər == A growing list of battery equivalents and details. Courtesy of the Highfields Amateur Radio Club (Cardiff, UK).
Bucaq ölçümü standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Faylın ölçüsi
Ən yüksək ölçü (film, 1991)
Ən yüksək ölçü (ing. Capital Punishment) — döyüş janrında çəkilən ABŞ filmi. == Məzmun == Ceyms Tayer klublarda pul qazanmaq niyyəti ilə vuruşan döyüşçülərdən biridir. Ceyms klublarda döyüşən zaman ona bir adamı öldürmək təklif olunur. Bu döyüşçü ilə polislər də maraqlanır. Amma onların başqa niyyəti vardır. Ceyms bu işlə razılaşmasaydı hər şey başqa cür olardı. Artıq Ceymsin başqa yolu yoxdur. Bu səbəbdən Ceyms yoluna tək irəliləməlidir...
Zamanla ölçülmüş orta qiymət
Zamanla ölçülmüş orta qiymət (ing. time-weighted average price, TWAP) — müəyyən bir müddət ərzində qiymətli kağızın orta qiymətinə istinad edən maliyyə termini. Qiymət qiymətli kağızın əməliyyat qiymətinin müəyyən müntəzəm aralıqlarla götürülməsi və bu qiymətlərin hər birində əməliyyatların həcmi nəzərə alınmadan bu qiymətlərin sadə ortalamasının hesablanması yolu ilə hesablanır. TWAP qiyməti müəyyən bir müddət üçün ən sadə qiymət göstəricisidir. O, treyderlərə və onların müştərilərinə hər bir verilmiş vaxt intervalında sifarişin icra olunduğu qiyməti müəyyən vaxt intervalında əməliyyatların orta qiyməti ilə müqayisə edərək sifarişin icrasını qiymətləndirməyə imkan verir. TWAP-a əsaslanaraq, ilk və erkən alqoritmik ticarət alqoritmlərindən biri, böyük bir sifariş müntəzəm olaraq bazara göndərilən bərabər kiçik sifarişlərə bölündükdə qurulur. Başqa bir şəkildə, ona "Saat" və ya "Dilimləyici" də deyilir. TWAP, ən ibtidai alqoritmik ticarət alqoritmi olaraq, daha təkmil olduğu üçün çox vaxt VWAP alqoritminə qarşı çıxır. Müqayisə üçün qeyd edək ki, iki ticarət sessiyasını - səhər və günortadan sonra götürsək, onda TWAP alqoritmi sifarişin 50%-ni səhər, 50%-ni günorta, VWAP alqoritmi isə 40%-ni səhər, 60%-ni göndərəcək. TWAP alqoritminin proqnozlaşdırıla bilməsi digər bazar oyunçularına onun hərəkətlərini asanlıqla aşkar etməyə və ona qarşı oynamağa imkan verir, buna görə də bəzi təsadüfi elementlər adətən TWAP alqoritminə əlavə edilir.
Ehtimal ölçüsünün əvəzlənməsi
Ehtimal ölçüsünün əvəzlənməsi (ing. Change measure) — maliyyə alətlərinin dəyərini və ya onların digər xüsusiyyətlərini qiymətləndirmək üçün digər (ola bilsin ki, praktiki məqsədlər üçün daha əlverişli) düsturları əldə etmək üçün təsadüfi proseslərin nəzərdən keçirildiyi ehtimal ölçüsünü dəyişdirmək üçün stoxastik maliyyə riyaziyyatında istifadə olunan prosedur. Ehtimal ölçüsünün dəyişdirilməsi Radon-Nikodim teoremlərinə, Girsanov teoreminə, həmçinin şərti riyazi gözləntilər üçün ümumiləşdirilmiş Bayes düsturuna əsaslanır. Arbitraj qiymətləri nəzəriyyəsi ilk növbədə fiziki ehtimal ölçüsünü risk-neytral ölçü ilə əvəz etməyi nəzərdə tutur. Bir çox hallarda, sonuncunu irəli ölçü ilə əvəz etmək rahatdır. Mübadilə tədbirləri kimi digər tədbirlər də tətbiq oluna bilər. Çox vaxt, bu və ya digər tədbirin istifadəsi, müvafiq dərəcədə, bəzi maraq prosesinin martingale olması ilə əlaqədardır.
Faylın ölçüsü
Faylın ölçüsi (Ing.file size)– faylın, adətən, baytla ifadə olunan uzunluğu. Diskdə saxlanılan fayl, adətən, iki ölçü ilə xarakterizə olunur: məntiqi və fiziki. Faylın məntiqi ölçüsü onun gerçək ölçüsüdür, yəni onda olan baytların sayıdır. Fiziki ölçü diskdə fayl üçün ayrılmış yaddaşın həcmini göstərir. Fayl üçün sahə klasterlərlə ayrıldığından faylın axırıncı simvolları onlar üçün ehtiyatda saxlanmış klasteri tam doldurmaya bilər. Bu halda faylın fiziki ölçüsü (bütün klasterlərdə olan baytların ümumi miqdarı) onun məntiqi ölçüsündən böyük olur. Buna görə də eyni bir fayl haqqında bəzən tətbiqi proqram və əməliyyat sistemi fərqli ölçülər verir.
Forvard ölçüsü
Forvard ölçüsü, daha dəqiq T {\displaystyle T} -forvard ölçüsü — stoxastik maliyyə nəzəriyyəsində (riyaziyyatda) istifadə olunan süni ehtimal ölçüsü, risk-neytral ölçüyə ekvivalentdir. Əgər risk-neytral tədbir bank hesabının nömrəsinə əsaslanırsa, o zaman T {\displaystyle T} -forvard ölçüsü gələcək tarixdə ödəniləcək diskont T {\displaystyle T} istiqrazına əsaslanır. Gələcək şərti ödənişin dəyərinin təxmin edilməsi düsturunda diskont əmsalı şərti riyazi gözləntidən (risk-neytral ölçüdə, diskontlaşdırma prosesi) kənar çarpandır. riyazi gözlənti işarəsi altında). Dezavantaj odur ki, risk-neytral tədbirdən fərqli olaraq forvard ölçü müəyyən ödəniş müddətinə bağlıdır. İrəli ölçü adətən risk-neytral ölçü ilə analogiya ilə, lakin termin indeksi (yuxarı və ya aşağı) Q T {\displaystyle \mathbb {Q} ^{T}} ilə işarələnir. Forvard qiymətləri öz forvard ölçüsündə martingallardır (ölçü müddəti forvard qiymətinin təxmin edildiyi dövrə bərabərdir). == Qurulması == Riskin neytral ölçüsünü şərti riyazi gözləntilər üçün forvard ölçüsü ilə əvəz etmək üçün düstur belədir: E t Q T [ V T ] = E t Q [ D ( t , T ) V T ] E t Q [ D ( t , T ) ] {\displaystyle \mathbb {E} _{t}^{\mathbb {Q} ^{T}}[V_{T}]={\mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T)V_{T}] \over \mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T)]}} burada D ( t , T ) {\displaystyle D(t,T)} diskont prosesidir və P ( t , T ) = E t Q [ D ( t , T ) ) ] {\displaystyle P(t,T)=\mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T))]} - ödəmə tarixi T {\displaystyle T} olan diskont istiqrazının (tək nominal dəyəri ilə) dəyəri.
Mavi Ölçülü bildirçin
Ölçəkli bildirçin - Mavi Pullu Bildirçin ( Callipepla squamata ), adətən mavi bildirçin və ya pambıq üstü də adlandırılır, Yeni Dünya bildirçinlər ailəsinin bir növüdür . Amerika Birləşmiş Ştatlarının cənub-qərbindəki quraq bölgələrdə Mərkəzi Meksikaya qədər olan mavimtıl boz quşdur. Bu növ Pliosendə ayrılan Callipepla cinsinin erkən qoludur. Adlarını döş və arxa tüklərinin pullu görünüşünə görə almışlar. Quş pullu işarələri ilə yanaşı, pambığa bənzəyən ağ baş üstü ilə asanlıqla tanınır. Yuvalarını adətən ot örtüyü ilə olan boşluqlardan ibarət çuxurlarda qurular. 9-16 xallı yumurta yumurta verilər və narahat olduqda uçmaq yerinə qaçmağa üstünlük verir. Ümumi və geniş yayılmış bu bildirçinlər, IUCN-nin Təhlükədə Olan Növlərin Qırmızı Siyahısında ən az narahatlıq doğuran kimi qiymətləndirilir. == Paylanması və təsnifatı == Pullu bildirçinlər cənub-mərkəzi Arizona, şimal Nyu-Meksiko, şərq-mərkəzi Kolorado, və cənub-qərb Kanzasdan cənubdan qərb Oklahoma və qərb və mərkəzi Texas vasitəsilə Meksikadan şimal-şərqdə Jalisco, Guanajuato, Queretaro, Hidalgo və qərb Tamaulipasda baş verir. O, Kuba, Yamayka, Haiti, Dominikan Respublikası, Puerto Riko və ABŞ- a Havay, mərkəzi Vaşinqton, şərq Nevada və Nebraskada təqdim edilib, lakin yalnız Vaşinqtonun mərkəzində və Nevada şərqində qurulmuş hesab olunur.
Ölçülü (Qars)
Ölçülü — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 1,474 nəfərdir (2022).
Risk ölçüsü
Risk ölçüsü (ing. Risk measure) — sığorta və risk idarəetməsi sahəsində riskin baş vermə ehtimalı və onun nəticələrinin miqyasını müəyyənləşdirmək üçün istifadə olunan anlayışdır. Risk ölçüsü, bir hadisənin sığortalıya və ya sığortaçıya nə qədər təsir edəcəyini (maliyyə baxımından) qiymətləndirmək üçün vacibdir. Maliyyə riyaziyyatında ehtiyatda saxlanılmalı olan aktivin və ya aktivlər dəstinin (ənənəvi olaraq valyuta) məbləğini müəyyən etmək üçün risk ölçüsü istifadə olunur. Bu ehtiyatın məqsədi banklar və sığorta şirkətləri kimi maliyyə qurumları tərəfindən qəbul edilən riskləri tənzimləyici üçün məqbul etməkdir. Son illərdə diqqət qabarıq və ardıcıl risk ölçülməsinə yönəldilib. == Əsas amillər == Ehtimal (ing. Probabilite) — riskin baş vermə ehtimalı. Yüksək ehtimal riski artırır. Məsələn, daşqın təhlükəsi olan bir ərazidə daşqın riskinin ehtimalı yüksəkdir.

Digər lüğətlərdə