1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək.
// Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. Dərzilik peşəsi öyrənmək.
// Məşğul olaraq hazırlamaq, hazırlaşmaq.
2. bax öyrəşmək 1-ci mənada. İstiyə öyrənmək.
3. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. Vəziyyəti öyrənmək.
// Məc. mənada.
4. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. Füzulinin yaradıcılığını dərindən öyrənmək. Çayın su rejimini öyrənmək.