ÜMİD

is.
1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. M.Rzaquluzadə.

2. məc. Ümid ediləcək adam.
[Qönçə Ataşa:] Mənim ümidim, nicatım təkcə sənsən. Ə.Vəliyev.

3. Çarə.
◊ Ümid bağlamaq (bəsləmək) – yaxşı bir şeyin olacağına inanmaq, birinə arxayın olmaq.
[Şahmar:] Mən döşünə döyənlərdən deyiləm, Nərminə, ancaq gələcəyə ümid bağlamaq özü də pis deyil. B.Bayramov.
Ana kiçiyinə ümid bağladı; Dərdini gizlətdi, gecə ağladı; O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə.

Ümid etmək – bir şeyə ümidi olmaq, gözləmək, güman etmək.
[Gülqönçə] ümid edirdi ki, həkim ona kömək eləyər, onun səadətini qaytarar. H.Seyidbəyli.

Ümid vermək1) arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa, arxayın etməyə çalışmaq. [Yüzbaşı] … gəlib Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək onu ovundurdu. Çəmənzəminli;
2) arzu edilən, gözlənilən bir şeyin gələcəkdə olacağına inam vermək, arxayın etmək.
Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun.

Ümidi boşa (puça) çıxmaq – arzusu, istəyi, gözlədiyi həyata keçməmək.
Bu kənddən qaçaqlar barəsində xəbər almaq xüsusundakı ümidlərim də boşa çıxdı. H.Nəzərli.
Gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Q.İlkin.

Ümidi qalmaq – bir şeyin olacağına ümidi kəsilməmək, əl üzməmək.
…ümidinə qoymaq – bir şeyi birisinə inanaraq tapşırmaq, qızmaq.
Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların ümidinə qoyub gedə bilmir. Mir Cəlal.

Ümidini itirmək – daha inanmamaq, əlini üzmək.
[Almaz:] [Fuad] da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. C.Cabbarlı.

Ümidini kəsmək (üzmək) – arzusunun, istəyinin həyata keçəcəyinə daha inanmamaq, əlini üzmək.
Kəsmə ümidi vəsldən əyyami-hicrdə; Ey dil, bu şam kim gedər, axır səhər gələr. S.Ə.Şirvani.
Dörd bir yanımı duman elə bürümüş ki, bir addım qabaq görünmür.
O gün evə dönməkdən ümidimi üzdüm. A.Şaiq.
[Ana] ümidini üzmədi, oğlunu gözlədi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜMİD ÜMİD [Meri:] Mən imza qoymuşam. Yeganə ümidimiz budur (R.Rza); EHTİMAL ..vaxta ki, bir-birinizdən ayrıldınız, sizin puç olmağınıza çox ehtimal var, ne
  • ÜMİD güman
  • ÜMİD əməl — arzu — dilək

Etimologiya

  • ÜMİD Bəzən fars mənşəli hesab edirlər. Əslində ummaq feili ilə bağlıdır və ümid kimi deyil, umud kimi yazılmalıdır
ÜMƏRA
ÜMİDGAH

Digər lüğətlərdə