ÜRƏKSİZ

sif.zərf
1. Qorxaq, ağciyər, xoflu, cəsarətsiz.
[Tarverdi:] Mən də qorxumdan ki mənə ürəksiz deməsinlər, quldurluğa getdim. M.F.Axundzadə.

2. Həvəssiz, istəmədən, həvəsi olmadığı halda, həvəssiz, maraqsız.
Allahqulu bazara da elə ürəksiz çıxmışdı. Ə.Əbülhəsən.
Mərcan nənə qayıtsa da, ürəksiz qayıdırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜRƏKSİZ qorxaq — ağciyər
  • ÜRƏKSİZ ürəksiz bax 1. qorxaq; 2. könülsüz
ÜRƏKSINDIRICI
ÜRƏKSİZCƏSİNƏ

Digər lüğətlərdə