ÜZÜ DABBAĞDA YUYULUB

sırtıq, abırsız, utanmaz adam haqqında işlədilən ifadə; ~ üzü daşdan bərk olmaq, üzündə abır olmamaq.

ÜZÜ BƏZƏK, ALTI TƏZƏK
ÜZÜ DAŞDAN BƏRK OLMAQ
OBASTAN VİKİ
Dağ Üzü
Dağ Üzü — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dağ Üzü Yardımlı rayonunun Çay Üzü inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Keçmiş adı İlkin Üzü olunmuşdur. İnqilabdan əvvəl burada Üzü adlı bir kənd olmuşdur. Bu kənddən çıxmış ailələr sonralar çay sahilində yeni yaşayış məntəqəsi salmış və onu Çay Üzü adlandırmışdılar. Dağ yamacındakı əvvəlki Üzü kəndi isə Dağ Üzü adını almışdır.
Çay Üzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. == Film haqqında == Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov === Rollarda === Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qara Qızılın Qara Üzü (1990)
Transformerlər 3: Ayın Qaranlıq Üzü
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. == Məzmun == 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Qara qızılın qara üzü (film, 1990)