ÜZÜLMƏK

f.
1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. ( Ata. sözü ).
[Zeynəb Səliməyə:] Yorğunsan, üzülmüsən, get bir az dincəl! Ə.Məmmədxanlı.

2. Çox köhnəlmək, yıpranmaq, əldən düşmək. Köynək lap üzülmüşdür.
// Cırılmaq, süzülmək, qırılmaq.
[Yusif] köynəyin üstündən toqqanı çox bərk çəkdiyi üçün ortası az qala üzülürdü. B.Bayramov.

3. Qopmaq, ayrılmaq, aralanmaq.
[Həcərin] sağ əli aynalıdan üzülməmişdi. S.Rəhimov.
Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. İ.Səfərli.

4. Qurtarmaq üzrə olmaq, qurtarmaq.
Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. S.Rəhimov.

5. Bir sıra sözlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: canı üzülmək, qəlbi üzülmək, əli üzülmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZÜLMƏK köhnəlmək — dağılmaq — yırtılmaq — cırılmaq — yeyilmək
  • ÜZÜLMƏK yorulmaq — zəifləmək — taqətsizləşmək
  • ÜZÜLMƏK üzülmək bax yorulmaq

Omonimlər

  • ÜZÜLMƏK ÜZÜLMƏK I f. Zəifləmək. Sara xəstəlikdən üzülmüşdü. ÜZÜLMƏK II f. Aralı düşmək... Mən necə dərd çəkməyim, əlim yardan üzülür

Etimologiya

  • ÜZÜLMƏK Türk dillərində “əzab çəkmək”, “narahat olmaq”, “zəiflik” kimi bir neçə mənası mövcuddur. Sözün əsli əzilmək (parçalanmaq, dağılmaq) feili ilə bağlıdı
ÜZÜLMƏ
ÜZÜLÜŞMƏ

Digər lüğətlərdə