Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi — 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır.
== Tarixi ==
1991-ci ilin axırlarında Azərbaycan Kommunist Partiyasının ləğvi ilə əlaqadar olaraq, 1928-ci ilin sonundan fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Tarixi İnstitutunun (son adı Azərbaycan KP MK'-nın Tarixi-Siyasi Tədqiqatİnstitutu) Partiya Arxivi vo İnstitutun əsaslı kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin sərəncamına verilmişdir. Ləğv olunmuş Partiya Tarixi İnstitutu Partiya Arxivində mühafizə olunan sənədlərin tarix üçün əhəmiyyətini nəzərə alaraq, habelə respublikada gələcəkdə yaranacaq siyasi partiyalar və ictimai hərəkat təşkilatlarının sənədlərinin təlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1991 il dekabr ayının 18-də Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Arxivini yaratmaq haqqında qərar qəbul etmişdir. 1994 ildən Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi adlanır. Bakıdadır. Arxivdə 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır.
Bu sənədlər təkcə Azərbaycanda deyil, o cümlədən, Qafqazda Yaxın Şərqdə milli azadlıq hərəkatlarını, sinfi mübarizə tarixini, eləcə də Azərbaycanın 19 əsrin ikinci yarısından 1991 ilə qədərki ictimai, siyasi, iqtisadi və mədəni həyatın əks etdirir.
== Haqqında ==
Arxivdə Qafqazda, xüsusilə Bakıda 1898-1914 illərdə sosial-demokratik hərəkat, 1905-1907 illər rus inqilabı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi", "Hümmət" və “Ədalət” partiyaları, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı, eləcə də İran, Türkiyə, Əfqanıstanda o dövrdə baş vermiş siyasi hadisələr haqqında zəngin materiallar qorunur. Onların arasında 20 əsrin əvvəllərində Bakıda gizli inqilabi fəaliyyət göstərmiş Lado Ketsxoveli, İosif Stalin, Serqo Orconikidze, Məşədi Əzizbəyov, İvan Fioletov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev və başqalarının həyat və fəaliyyətinə aid çoxsaylı sənəd və materiallar var.
Arxivdə Azərbaycan Kommunist Partiyasının yaranmasından onun ləğvinə qədərki fəaliyyəti dövründə keçirdiyi qurultay, konfrans və partiya fəalları yığıncaqlarının, Mərkəzi Komitə plenumlarının, büro və katibliyin iclaslarının stenoqrafik hesabatları, protokolları, qərarları və s.