Şümşadyarpaq zirinc
Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir.