sif. [
ər. ]
1. Nahaq, bihudə, faydasız.
// Zərf mənasında.
Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir.
□ Əbəs yerə –
1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm.
– [Hacı Nuru şair:] …Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə.
Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir.
[Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nərimanov;
2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir – nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir.
– Söylədi tülkü: – Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət.