ƏCAİB

sif. [ ər. ]
1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. [Kərəm:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. “Əsli və Kərəm”.
Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi. Çəmənzəminli.
İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. M.Rzaquluzadə.

// Zərf mənasında. Əcaib danışmaq. Belə şeylər adama əcaib görünür.
// is. Görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! ( Ata. sözü ).
Xət-xət çəkəndə damdı qələmdən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani.

2. Heyranedici, misilsiz, xariqüladə, valehedici.
Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. M.P.Vaqif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏCAİB ƏCAİB (çox qəribə, çox təəccüblü) Sevda zirvələrindən; Bu əcaib, qəribə; Otağa endi Nigar (Ə.Kərim); ƏCİBƏ [Bəhram:] Bilmirəm necə əcibədir, yəqin sən
  • ƏCAİB qəribə — təəccüblü — qeyri-adi
  • ƏCAİB misilsiz — xariqüladə — valehedici
ƏBYƏZ
ƏCAİB-QƏRAİB

Digər lüğətlərdə