Bürc-Bü-Ərriric
Bürc-Bü-Ərriric (ərəb. برج بوعريريج) — Əlcəzairin şimalında şəhər. Eyniadlı vilayət tərkibində şəhər dairəsidir. 2005-ci ildə olan təxminlərə görə, şəhərin əhalisi 140 min nəfərdir.
Bürc-Bü-Ərriric Setifdən 70 km qərbdə və Buiradan 115 km cənub-şərqdə yerləşir. Şəhərin iqtisadi həyatı əsasən kənd təsərrüfatı və kiçik sənaye istehsalı ilə təmsil olunur.