ƏYLƏŞMƏK

f. Oturmaq. Buyurun, əyləşin. Hərə öz yerində əyləşdi.
– Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyə. C.Məmmədquluzadə.
Masa ətrafında dörd nəfər əyləşmişdi. H.Nəzərli.
Qabaq cərgədə əyləşmiş Qərənfil bacı ah çəkdi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏYLƏŞMƏK əyləşmək bax oturmaq
  • ƏYLƏŞMƏK oturmaq
ƏYLƏŞMƏ
ƏYLƏTMƏ

Digər lüğətlərdə