ƏYYAR

sif.is. [ ər. ] Hiyləbaz, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı.
Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. Koroğlu”.
Əyyar İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı. Qantəmir.

// Oğru, cibkəsən, evyaran.
Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏYYAR əyyar bax 1. hiyləgər; 2. oğru
  • ƏYYAR hiyləbaz — kələkbaz
  • ƏYYAR oğru — cibkəsən
  • ƏYYAR arif

Antonimlər (əks mənalı sözlər)

  • ƏYYAR ƏYYAR – MƏRD Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi (“Koroğlu”); Sizin əriniz Əzizbəy çox mərd, səmimi və nəcib bir insandı (M
ƏYYAM
ƏYYARLIQ

Digər lüğətlərdə