ƏZİZGÜL
FABİYƏ
OBASTAN VİKİ
Avraam ibn Əzra
Avraam ibn Əzra (təq. 1092[…], Tudela – 23 yanvar 1167[…]) — Orta əsr yəhudi şairi, filosof və ilahiyyatçısı. === Həyatı === Müsəlman İspaniyanısnın yetişdirdiyi ən böyük yəhudi mütəfəkkirlərindən olan Avraam ibn Əzra (Abraham ben Meir ben Ezra) 1089-cu ildə İspaniyanın Tudela şəhərində doğulmuşdur. Öz dövrünə görə mükəmməl təhsil almış, qrammatikanı, fəlsəfəni, tibbi və astronomiyanı öyrənmişdir. Onun əsas fəaliyyəti isə ilahiyyat və poeziya ilə bağlı olmuşdur. İbn Əzranın həyatı bir sıra məhrumiyyətlərlə keçmiş, ona görə də mesenatların xidmətində yaşamaq məcburiyyətində qalmışdır. Uzun müddət Şimali Afrikada yaşamış, 1140-cı ildə daxili çəkişmələrlə sarsılan İspaniyanı tərk edərək, Qərbi Avropa ölkələrinə yollanmışdır. Fransa, İtaliya və Provansda yaşamış, 1158-ci ildə Londonda səfərdə olmuşdur. Həyatının bu hissəsində daha çox kasıb və demək olar ki səfil tərzində yaşamışdır. 1164-cü ildə Fransanın cənubunda vəfat etdiyi ehtimal olunur.
Əbu Əzrayıl
Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (25 aprel 1978, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir. Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur.
Əzraqilər
Əzraqilər — VII əsrin sonlarında yaranmış İslamın xaricilər hərəkatının ifrat qolunun davamçıları. Təriqətin banisi Əbu Rəşid Nafi ibn əl-Əzraqdır. Hənifənin oğulları Xaricilərin ən güclüsü və sayca çox olan qolu olmuşdur. Abdullah ibn Zübeyr və Əməvilərdən ilk zərbəni onlar almışdılar. Abdullah ibn Zübeyrin və Əməvilərin sərkərdələri Nafinin başçılıq etdiyi xariclərlə on doqquz il vuruşdular. Nafi döyüş meydanında öldürülmüşdür. Ondan sonra hərəkata oğlu Ubeydullah başçılıq edir. Daha sonra rəhbərlik Qətər b. El-Fucaeyə keçir. Qətərin dövründə Əməvilər adından Xariclərə qarşı vuruşan şəxs Əməvilərin Əl-Muhalləb ibn Əbi Sufra adlı dahi sərkərdəsi idi.

Digər lüğətlərdə