AĞBƏNİZ – QARABƏNİZ Ağbəniz... oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C.Əmirov).
AĞBƏNİZ – QARABUĞDAYI Qız qarabuğdayı; oğlan isə ağbəniz (İ.Tapdıq).
AĞBƏNİZ – QARAYANIZ Yoluna ağbəniz, şümşadboylu gəlin çıxsa, qorxma get, işin avand olar, qarayanız arıqələngə qarı çıxsa, vay halına, getmə, qayıt geri (M.İbrahimov).