AĞCİYƏR

AĞCİYƏR – CƏSARƏTLİ Əslində isə həddən artıq qorxaq, ağciyər idi (M.Talıbov); Yusif xasiyyətcə yumşaq olsa da, cəsarətli idi, heç bir şeydən qorxmazdı.

AĞBƏNİZ
AĞCİYƏRLİK
OBASTAN VİKİ
Ağciyər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ağciyər arteriyası
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır. Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100–120 vurur, arterial təzyiqi aşağı düşür.
Ağciyər kötüyü
Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır. Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Ağciyər sorucusu
Ağciyər sorucusu (lat. Paragonimus westermani) digenetik sorucular və ya trematodlar sinifinə daxil olan parazit qurdlardır. == Quruluşu == Ağciyər sorucusunun bədəni yumurta formasındadır, canlı halda qonur-qırmızı, ölmüş halda isə boz-qonur rəngdə olur. Bədənin uzunluğu 10-16, eni 4-8 mm-dir. Kutikula çoxlu miqdarda enli formada pulcuğaoxşar tikancıqlarla örtülmüşdür. Hər iki sormac eyni ölçüdə olur. Quruluşlarında əsas xarakter xüsusiyyət balalığın və yumurtalığın bədənin orta hissəsində - qarın sormacının yan tərəflərində yerləşməsidir. Sarılıqlar çox yaxşı inkişaf etmişdir. Bağırsağın şaxələri çox qıvrılmışdır. Qarın sormacının arxa və yan tərəflərində bir tərəfdən yumurtalıq, digər tərəfdən isə boruşəkilli balalıq yerləşir.
Ağciyər venaları
Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.
Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur. Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq alt tiplərində və qadınlarda müşahidə edilmə nisbətlərində dəyişikliklər olmuşdur. Ağciyər xərçənginin ən böyük səbəbi uzunmüddətli olaraq tütün tüstüsünün ağciyərə dolmasıdır, amma bununla yanaşı ağciyər xərçəngli xəstələrin 15 faizlik bir hissəsi siqaret istifadə etməyənlərdən ibarətdir. Ağciyər xərçəngi bir çox amildən asılı olaraq yaranan xəstəlikdir. Bu amillər arasında genetik amillər, radon qazı, asbest və atmosferin çirklənməsi kimi amillər vardır. Ağciyər xərçənginin simptomları xəstəliyin harada başlandığından, necə yayıldığından və bədənin xəstəliyə reaksiyalarından asılı olaraq dəyişə bilir. Ən çox müşahidə edilən simptomları nəfəs daralması, öskürək (qanlı öskürək - hemoptizis də daxil) və çəki itkisidir. Bu simptomlar sadəcə ağciyər xərçənginə xas olmadığından xərçəng diaqnozu qoyulması gecikə bilər.
Ağciyər transplantasiyası
Ağciyər transplantasiyası — bir şəxsin (resipiyentin) xəstə ağciyərlərinin başqa şəxsdən (donordan) götürülmüş sağlam ağciyərlərlə tam və ya qismən əvəz etməsindən ibarət cərrahi əməliyyat. Ağciyər transplantasiyası hazırda bəzi xroniki ağciyər xəstəliklərinin yeganə müalicəsidir. Ağciyər transplantasiyası əməliyyatın mürəkkəbliyinə və ondan sonra immunosupressiv dərmanların daimi qəbuluna ehtiyac olmasına baxmayaraq, bu əməliyyat ağciyər xəstəliyinin son mərhələsi olan xəstələrin yaşama müddətini əhəmiyyətli dərəcədə artıra və həyat keyfiyyətini yaxşılaşdıra bilər. == Göstərişləri == Ağciyər transplantasiyası mütərəqqi obstruktiv, fibroz və ya damar xəstəlikləri olan xəstələrdə həyata keçirilir. 2005-ci ildən etibarən ağciyər transplantasiyası üçün ən ümumi səbəblər bunlardır: 27% xroniki obstruktiv ağciyər xəstəliyi, o cümlədən amfizem; 16% idiopatik ağciyər fibrozu; 14% kistik fibroz; 12% idiopatik (əvvəllər "ilkin" kimi tanınırdı) ağciyər hipertenziyası; 5% alfa 1-antitripsin çatışmazlığı; 2% əvvəllər transplantasiya edilmiş, o vaxtdan bəri uğursuz olan ağciyərlərin dəyişdirilməsi; 24% bronşektaz və sarkoidoz da daxil olmaqla digər səbəblər. == Əks göstərişləri == Xəstənin tənəffüs xəstəliyinin vəziyyətinin şiddətinə baxmayaraq, əvvəlcədən mövcud olan müəyyən şərtlər bir insanı ağciyər transplantasiyası üçün zəif namizəd edə bilər: Əlaqəli xroniki xəstəliklər (məsələn, davamlı ürək çatışmazlığı, böyrək xəstəliyi, qaraciyər xəstəliyi) HİV və hepatit də daxil olmaqla cari infeksiyalar. Bununla belə, getdikcə daha tez-tez Hepatit C xəstələrində həm transplantasiya edilir, həm də resipiyentdə Hepatit C müsbət olarsa, donor kimi istifadə olunur. Eynilə, HİV-ə yoluxmuş seçilmiş şəxslər tibbi müayinədən sonra ağciyər transplantasiyası oluna bilərlər. Xərçəng xəstəliyi Alkoqol, siqaret və ya narkotiklərin istifadəsi Yaş (65-dən yuxarı) Psixiatrik vəziyyətlər Tibbi göstərişlərə əməl edilməməsi. == Tarixi == 1940-1950-ci illərdə Vladimir Demixov və Henri Metras tərəfindən heyvanlar üzərində apardıqları təcrübələr əvvəlcə prosedurun texniki cəhətdən mümkün olduğunu nümayiş etdirdi.
Ağciyər seqmentləri
Ağciyər seqmentləri — müəyyən bir seqmental bronx və onun damarları tərəfindən təmin edilən ağciyərin bir hissəsi. Bu arteriyalar ağciyər və bronxial arteriyalardan ayrılaraq seqmentin mərkəzindən birlikdə keçir. Seqmentin kənarları boyunca damarlar və limfa damarları keçir. Seqmentlər bir-birindən diskret anatomik və funksional vahidlər təşkil edən birləşdirici toxuma təbəqələri ilə ayrılır. Bu ayırma o deməkdir ki, ağciyər seqmentləri digər orqanların funksiyasına təsir etmədən cərrahi yolla çıxarıla bilər. == Təsviri == Sağ ağciyərdə 10 ağciyər seqmentləri var: 3-ü yuxarı hissədə, 2-i orta və 5-i aşağı hissədə. Seqmentlərin bəziləri sol ağciyərdə birləşərək adətən 8-9 seqment əmələ gətirə bilər (yuxarı və aşağı hissədə 4-5). Ağciyər seqmentlərinin təsviri Templ Universiteti Xəstəxanasında Şevalier Jakson və Jon Franklin Huber tərəfindən edilmişdir. == Sağ ağciyər == Üst hissə apikal seqment arxa seqment ön seqment Orta hissə yanal seqment medial seqment Aşağı hissə üst seqment medial-bazal seqment ön-bazal seqment lateral-bazal seqment arxa-bazal seqment == Sol ağciyər == Üst hissə yuxarı-arxa seqment ön seqment Yuxarı hissə alt dil seqmenti yuxarı dil seqmenti Aşağı hissə yuxarı seqment ön medial bazal seqment ("ön bazal" və "medial bazal" birləşmə) arxa bazal seqment lateral bazal seqment == Klinik əhəmiyyəti == Adətən, ağciyər seqmentin infeksiyası bununla məhdudlaşır, baxmayaraq ki, vərəm və bronxogen karsinoma bir seqmentdən digərinə yayıla bilər. Bronxların daxili hissəsini ağızdan və nəfəs borusundan keçən bronxoskop vasitəsilə görüntüləmə prosedura bronxoskopiya deyilir.
Ağciyər emfizeması
Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir. Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur. == Səbəbləri == Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə hazırda ağciyərlərin xronik obstruktiv xəstəliklərinin tərkibindən biridir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Ağciyər emfizeması ağciyərlərin kəskin və xroniki xəstəlikləri - bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. Eləcə də zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.
Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir. == Epidemiologiya == Tromboemboliya — geniş yayılmış ürək-damar patologiyasıdır. ABŞ-də hər il ATE 650000 insanda müəyyən olunur. Daha çox yaşlılarda rast gəlinsə də, cavanlar da bu haldan istisna olunmurlar və vaxtında aktiv müalicə tədbirləri aparılmazsa sağ mədəciyin kəskin çatışmazlığı fonunda ölüm baş verə bilər. ATE-nin cinsə görə ölüm hallarının nisbətini ABŞ-də aşağıdakı kimi müəyyən ediblər: Kişilərdə qadınlarla müqayisədə ölüm halları 20–30% yüksək olur; Yaşlılar arasında tromboemboliya daha çox kişilərdə rast gəlirsə, 55 yaşdan kiçik pasiyentlərdə ATE daha çox qadınlarda rast gəlinir. Lakin bəzi səhiyyə sistemi geriləmiş dünya ölkələrində ağciyər tromboemboliyası kimi ciddi xəstəliyi spesifik müayinə üsulları tam şəkildə olmadığına görə vərəm və digər xəstəliklər ilə səhv salırlar və xəstələr qeyri-spesifik müalicə terapiyası almaq məcburiyyətində qalırlar.
Ağciyər ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir. == Əlamətləri == Təngnəfəslik, xırıltılı tənəffüs. == Müalicəsi == Ağ ciyərin ödemini törədən səbəblərin aradan qaldırılması, ağır hallarda sidikqovucu dərmanların, ürək preparatlarının (strofantin, korqlikon və s.) tətbiqi.
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Ürək-ağciyər aparatı
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir. Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir. Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Ağciyərlər (insan)
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) — tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyi. AXOX-un açıqlanması aşağıdakı kimidir: ağciyərlərin – yəni, proses ağciyərlərdə baş verir xronik – yəni proses uzun müddətli və tam sağalmayandır obstruktiv – hava keçiriciliyinin qismən pozulması – hava yollarının daralması xəstəlik – funksiyaların pozulması deməkdir == Əsas faktlar == 2012-ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir. AXOX-dan ölüm hallarının 90%-i zəif və orta inkişaf etmiş ölkələrin payına düşür, çünki bu ölkələrdə AXOX–a qarşı effektiv profilaktika və mübarizə tədbirləri ya çox zəif aparılır, ya da heç aparılmır. AXOX–un əsas səbəbi tütün tüstüsüdür (tütünçəkmə və ya onun tüstüsü ilə nəfəs alma nəticəsində yaranır). Hal–hazırda inkişaf etmiş ölkələrdə qadınlar arasında tütünçəkmənin və zəif inkişaf etmiş ölkələrdə qapalı yerlərdə çirklənmiş hava ilə nəfəs alma riskinin (yeməklərin hazırlanmasında və istilik məqsədilə qatı yanacaqdan istifadənin nəticəsində) artması hesabına kişi və qadınların bu xəstəliyə tutulma göstəricisi demək olar ki, eynidir. == Səbəblər və risk faktorları == AXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. AXOX-un yaranmasına, həmçinin ətraf mühit faktorları səbəb ola bilər. Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol oynaya bilər. Bu xəstəlik bütün siqaret çəkən şəxslərdə yaranmır və eyni zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır.

Digər lüğətlərdə