ASİT
ASKERİ
OBASTAN VİKİ
Askerova
Roza Qasım qızı Əsgərova (15 avqust 1929, Qahab, Naxçıvan MSSR – 2009, Bakı) — Botanik, biologiya elmləri doktoru == Həyatı == Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub. === Vəfatı === 21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. == Fəaliyyəti == == Elmi fəaliyyəti == Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır. 1949-cu ildə Azərbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-cı ildən elmi işçi işləmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tədqiqatları ilk dəfə palinologiya üzrə respublikada müasir bitkilərin tozcuqlarının morfologiyasına (palinomorfologiya) və onun sistematikada tətbiqinə (palinosistematika), kasnıkimilər yarımfəsiləsinin palinologiyasının öyrənilməsinə həsr edilmişdir. Kadrların hazırlanmasında xidməti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir.