Məhəmməd Badi
Məhəmməd Bədi (ərəb. محمد بديع; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi.
== Həyatı ==
Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib.
“Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsur dövlət başçısı səlahiyyətləri əldə edib. Onun qarşısında yeni konstitusiya qəbul etmək, parlament, prezident seçkiləri keçirmək öhdəliyi qoyulub.
Bu qərarla razılaşmayan “Müsəlman qardaşlar” hərəkatı ay yarımdır hökumət qüvvələri ilə toqquşur. Avqustun 14-dən toqquşmalar daha qanlı xarakter alıb. Ölkədə fövqəladə vəziyyət və komendant saatı (axşam saat 7-dən səhər saat 6-dək küçəyə çıxmaq yasağı) tətbiq olunub, amma qırğın dayanmır.