FIRÇILDAMAQ

f. Fırçıltı səsi çıxarmaq, fırç-fırç eləmək.
Kosa içində su fırçıldayan ( f.sif. ) qaloşlarını tappıldada-tappıldada qayıdıb çöl tərəfdən [Sübhanverdizadənin] kabinetin qapısına bir təkan vurdu, qapı açılmadı. S.Rəhimov.
Yapışqandan pis Muğan palçığı maşının təkərləri altında fırçıldayaraq dörd tərəfə sıçrayırdı. M.İbrahimov.

FIRÇILDAMA
FIRÇILTI

Digər lüğətlərdə