GAH₁

[ fars. ] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir). Gah ora, gah bura baxır.
[Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli.
[Nadir] nazik yorğanın altında gah bu böyrü, gah o böyrü üstə çevrilib çapalayırdı. B.Talıblı.

□ Gah olur (ki) – hərdənbir, bəzən, arabir.
Gah olur ki, danə, xuruş gəzərsiz; Siz düşərsiz pərişanə, durnalar! M.V.Vidadi.

Etimologiya

  • GAH Farscadır, bizdə bölüşdürmə bağlayıcısı kimi işlənən bu sözün mənası farsca “za­man”, “vaxt” deməkdir
G
GAH₂

Digər lüğətlərdə