LƏBBEYK

[ ər. ] Əslində “nə əmriniz var?”, “əmrinizə müntəzirəm”, “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir.
İndi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib, susuzluqdan od tutub yana. C.Məmmədquluzadə.
[Qürbət xala:] Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyəm. Mir Cəlal.
[Zeynal və Veysin] dostluqları, təbiətlərinin uyğun olması, sadəcə bir-birinə ləbbeyk demələrindən ibarət deyildi. Ə.Əbülhəsən.

Etimologiya

  • LƏBBEYK Ərəbcədir, mənası “bəli-bəli” (baş üstə) deməkdir. Bizdə son samit ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LƏBBADƏ
LƏBBEYKDEYƏN

Digər lüğətlərdə

аэровизуа́льный галиматья́ затыка́ться оплати́ть прова́ливание уро́лог у́хаться шасла́ до́нна жи́лочка кора́н немногочи́сленный бука виртуоз самовар anear bodkin malice aforethought pass over sergeant-armourer supercharger великодушничать диспетчеризация свинка стесняться