LƏFZ

is. [ ər. ] Ağızdan çıxan mənalı, ya mənasız səs tərkibi; söz, kəlmə.
…Axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək. C.Məmmədquluzadə.

□ Ləfz etmək – tələffüz etmək, demək, ifadə etmək, bildirmək.
Ləfz edərsə ifadə mənanı; Sərf edər əhli-mərifət anı. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏFZ ləfz bax söz

Etimologiya

  • LƏFZ Ərəbcə tələffüz sözü ilə qohumdur, “söz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LƏFFAZLIQ
LƏĞƏNDƏ

Digər lüğətlərdə