LABORÁNT

[ lat. laborans – işləyən]
1. Laboratoriyada çalışan elmi və ya texniki işçi. Baş laborant. Laborant vəzifəsi.
[Fərhadoğlu] sonra öz laborantlarını da güclü bir selin gələcəyindən xəbərdar etdi. S.Rəhimov.

Ay qız, – dedi, – laborant istəyirlər.
Kimya ilə aran necədir? Mir Cəlal.

2. Laboratoriya məşğələlərində müəllimə, professora kömək edən işçi.
Maarif müdiri haradan bilsin ki, laborant olmaya-olmaya məvacibi alınıb. S.Rəhman.

Etimologiya

  • LABORANT Latınca “işləyən” deməkdir. Laboratoriya sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LABİRİ́NT
LABORANTLIQ
OBASTAN VİKİ
Laborant
Laborant ( lat. laborans (laborantis) – işləyən) – 1) elmi müəssisələrin laboratoriyalarında çalışan elmi və ya texniki işçi (elmi-texniki işçi); 2) laboratoriya məşğələlərində müəllimə, professora kömək edən işçi – müəllimin, professorun köməkçisi; 3)kafedra və ya şöbənin kargüzarlıq işlərini aparan işçi; 4) laboratoriyanın elmi-texniki əməkdaşı; 5) təcrübələrin aparılması, tədris filmlərinin nümayiş etdirilməsi, laboratoriya işlərinin keçirilməsi, həmçinin mühazirələr üçün lazım olan cihazların, preparatların və s. hazırlanmasında müəllimə, laboratoriya rəhbərinə kömək edən şəxs. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə

день-два засрами́ть ксерогра́фия типо́граф ше́льфовый шпале́ры шту́рман гра́нульный десанти́рование зашепта́ться осведомлённый отры́жка позвоно́чек прогресси́ровать термогра́фия плюдать checky culture-vulture Dover fog-horn Jew-baiting lutose tenant-farmer underripe unindebted