MƏCHUL

sif. [ ər. ]
1. Bilinməyən, naməlum (məlum əksi).
[Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. S.Hüseyn.
Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.

2. riyaz. Məlum olmayan, axtarılan. Məchul kəmiyyət.
◊ Məchul feil qram. – hərəkətin həqiqi icraçısı zahirdə olmayan feil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏCHUL 1. MƏCHUL (riyaz.), AXTARILAN, MƏLUM OLMAYAN 2. məchul bax naməlum
  • MƏCHUL naməlum — gizli — sirli — müəmmalı

Antonimlər (əks mənalı sözlər)

  • MƏCHUL MƏCHUL – BƏLLİ Məchul bir vahimə ikimizi də sarsıtdı, divara sıxıldıq (M.İbrahimov); Aslan yatışından da bəllidir (Ata
MƏCƏLLƏ
MƏCHULLU

Digər lüğətlərdə

-яч-(ий) вавило́нами изощря́ться медвежина намола́чиваться наступле́ние радиолюби́тельский убра́нство уста́вшая хэбээ́шный шаба́шка экспона́т я́зва гуманизи́ровать довери́тельница разве́дочный вошь кулиса маштак чаруса metempiric trochotron yellow ore бессемянный жилищно-коммунальный