ODLAMAQ

f.
1. Od vurub yandırmaq, yanğın törətmək. Ocağı odlamaq. Tonqalı odlamaq.
// Alışdırmaq, yandırmaq.
[Hüseynəli əmi] …dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı… M.S.Ordubadi.
Nəriman dərhal fitili odladı. Mir Cəlal.

2. məc. Odlu silahla öldürmək, ya yaralamaq.
[Sərvər Məşədi İbada:] Danışma, yaz, yoxsa odlaram səni! Ü.Hacıbəyov.

3. məc. Bərk hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxartmaq.
Qapıçıların sözləri Talış xanı odlayırdı. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ODLAMAQ odlamaq bax alışdırmaq I
  • ODLAMAQ alışdırmaq — yandırmaq — alovlandırmaq — qalamaq
ODLAMA
ODLANDIRILMA

Digər lüğətlərdə

изъясне́ния наре́чие прагмати́ст преломи́ться разлива́льщица ша городи́ть небережли́вость обгни́ть подле́ц покале́чить чад кибас чугун agrarian ark chordate extraditable flight bag geostationary hait hone-stone neck-mould муниципалитет роща