Milli İdman Stadionu (Ulan-Bator)
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu.Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi.Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır.
== Tarixi ==
Bu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi. O vaxtdan bəri heç bir zaman təmir edilməyən stadion, sadəcə ilkdə bir dəfə rəngləndirilir. Stadion futbol, festival və digər çoxfunksiyalı tədbirlər üçün inşa edilməsinə baxmayaraq, yalnız müstəqillik günü münasibəti ilə təşkil edilən Naadam festivalı keçirilir.