VAXTINDA

zərf Münasib zamanda, lazımi vaxtda, müəyyən edilmiş vaxtda; nə tez, nə gec. Hesabat vaxtında təqdim edilmişdir. Lap vaxtında gəlmisən.
– Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun.
Vaxtında güllətək açılmayan söz; Sahibinə dəyər, hədəfə dəyməz. X.Rza.

// Qabaqcadan. Tədbiri vaxtında görməli. Vaxtında hər şeyi nəzərdə tutmaq lazım idi.
– Bəlkə bu halımdan incidi dağ-daş; Bunu öz vaxtında duya biləydim. M.Araz.

VAXTDAN-VAXTA
VAXTLI

Digər lüğətlərdə

безбу́рный зря́чий пренаи́вный ску́по закры́ть рот имморте́льный клу́ня озву́чить рапсо́д фе́льдшер Benjie dassie lambkill reiver rivulet twingle-twangle взвизгнуть кормить куренной макать пристройка пятиклассница разобщать узковатый яшмовый