YÖNƏLDİCİ

sif.
1. Hərəkət və istiqamət verən, istiqamətverici, istiqamətləndirici, istiqaməti nizama salan. Yönəldici göstəriş.
2. tex. Bir şeyi müəyyən istiqamətdə hərəkət etdirən. Yönəldici çarx. Yönəldici rels.
– Quyunu qazmağa başlarkən onun ağzını möhkəmlətmək və gilli məhlul cərəyanını təmin etmək üçün quyuya endirilən ilk qoruyucu borulara yönəldici boru deyilir. S.Quliyev.

YÖNDƏMSİZLİK
YÖNƏLDİLMƏ

Digər lüğətlərdə