Yadulla Həsənli
Yadulla Həmdulla oğlu Həsənli (7 mart 1959, Saatlı) — İqtisad elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri. İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru.
== Həyatı ==
1959-cu il, martın 7-də Azərbaycanın Saatlı rayonunda anadan olmuşdur.
Ailəlidir, bir oğlu var.
=== Təhsili və Elmi dərəcə və Elmi Adları ===
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi-riyaziyyat və Kibernetika fakültəsini bitirib. 1983–1987-ci illərdə Azərbaycan Ellər Akademiyasının Kibernetika İnstitunda aspiranturada oxuyub və 1989-cu ildə "Kənd təsərrüfatı müəsssisələrinin fəaliyyətinin modelləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə "Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşirilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
== Elmi Fəaliyyət ==
=== Tədqiqat Sahəsi ===
Ekonometrika, iqtisadi-riyazi modelləşdirmə
=== Əsas elmi nailiyyətləri ===
Qarşılıqlı borc problemini tədqiq edərək məsələnin həllinin iqtisasdi-riyazi üsulunu ("Kredit təkanı" və "İmtina təkanı") yaratmış və onun həlli alqoritmlərini vermişdir. Habelə C. M. Keyns nəzəriyyəsi əsasında borc ləğvinin multiplikaroru anlayışı daxil edərək onun Azərbaycan iqtisadiyyatı timsalında qiyməti hesablanaraq təhlil edilmişdir;
K. Marksın təkrar istehsal sxemi modifikasiya edilərək Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişaf dinamikası araşdırmış və inkişaf xüsusiyyətləri müəyyənləşdirmişdir. Əsaslandırılmışdır ki, ölkələrin qeyri-tarazlı inkişaf meyli (maliyyə böhranı və s.) təbii sərvətlərin istismarı nəticəsində artıq dəyər və ya artıq pulun əldə olunması ilə əlaqədardır;
Azərbaycanın sosial və iqtisadi inkişafının makroekonometrik modelini işləmiş və əsas makroiqtisadi göstəricilər proqnozlaşdırılmışdır;
Azərbaycan iqtisadiyyatının bazar münasibətləri şəratində "Xərclər-Buraxılış" modelini işləmiş və müvafiq təhlillər aparmışdır;
Çapdan çıxmış elmi əsərləri: 121 elmi əsər, o cümlədən 1 dərslik, 2 dərs vəsaiti, 3 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 25
=== Əsas elmi əsərlərin adları ===
Assessment of mutual economic relations the countries of the world on the basis of input-output table// EcoMod2012 International Conference on Economic Modeling Seville, Spain, July 4–6, 2012.