Afrika

I

is. Afrique f ; ~ fili éléphant m africain (d’Afrique)

II

sif. africain,-e adj ; d’Afrique ; ~ dilləri langues f pl africaines ; ~ ölkələri pays m pl africains

III

coğ. Afrique f

aforizmli
Afrikalı
OBASTAN VİKİ
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. == Ərazisi == Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şərqi Afrika
Şərqi Afrika — Afrikanın Nil çayından şərqə olan ərazisi (Misir ora daxil edilmir). Bölgəyə aid edilir: Burundi Cibuti Keniya Qəmər adaları Madaqaskar Mavriki Mozambik Malavi Reyunyon Ruanda Seyşel adaları Somali Sudan Tanzaniya Uqanda Eritreya Efiopiya Cənubi Sudan == Həmçinin bax == Şərqi Afrika Ali Komissiyası Şərqi Afrika Valyuta Şurası == Mənbə == Şərqi Afrika.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika Bambaataa
Kevin Donovan (17 aprel 1957, Nyu-York, Nyu-York ştatı) ya da bilinən səhnə adıyla Afrika Bambaataa — Cənubi Bronks çıxışlı amerikalı DJ. O, 1980-ci illərdə çıxardığı elektro parçaları ilə Hip-hop mədəniyyətinin inkişafına təsir göstərmişdir. Afrika Bambaataa break-beat DJ-liyin yaradıcılarından birincisi, Hip-hop mədəniyyətinin atası və Amen Ra-sı, həmçinin, Elektro Funk-ın atası olaraq bilinir.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. == Haqqında == Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. == Medalçılar == İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. == Mənbə == Siz Kamçatka Afrikasında olmusunuz?
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. == Coğafiyası və iqlimi == Yarımada həm Ekvatordan həm də Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hündürlük tədricən enir.
Afrika rəqsləri
Afrika rəqsləri - Özündə qədim və zəngin tarixi daşıyan, Afrika qitəsində yaşayan xalqları əhatə edən rəqslər. Afrika rəqsləri haqqında ilk təsəvvürü Böyük Səhranın və Cənubi Afrikanın dağ massivlərindəki qayaüstü rəsmlər yaradır. Heyvan dərisi geymiş, buynuzlu, fil və ya antilop maskalı rəqs edən adamlar və fantastik məxluqlar, çox güman ki, müalicə ayinlərini əks etdirirdi. Müasir Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar, adətən xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ayinin tipi, bir qayda olaraq, rəqsin xarakterini müəyyənləşdirir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər. Bir çox xalqlarda əkin sahələrini ziyanvericilərdən qorumaq məqsədi ilə keçirilən quşlar rəqsi, təbiətə şükranlıq rəqsləri geniş yayılmışdır. Silahla ifa olunan bəzi rəqslər döyüşçü ayinləri ilə bağlıdır.
Afrika saqqallıları
Afrika saqqallıları (lat. Lybiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Afrika siveti
Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ. == Təsviri == Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir.
Afrika tarakanı
Afrika tarakanı (lat. Supella longipalpa) — bədənləri kitin təbəqə ilə örtülüdür. Ümumiyyətlə rəng açıq sarımtıl qəhvəyi, çəhrayı əsmər və bəzən də tünd qəhvəyi, pronotum homogen bir şəkildə açıq qəhvərəngi, ön qanadın qaidəsi və ortasına doğru bir ədəd eninə geniş tünd cızıq mövcuddur, ikinci cızıq bəzən silik ola bilər. Thorax və abdomendə eninə tünd kahverengi bant olur, ancaq, yetkinlərdə qanadlar bu bantları bağlayar. Erkəklərdə bədən silindirikdir, qanadlar abdomenin ucundan çıxar, ön qanadın ucuna doğru olan qisimi açıq sarımsı rəngdə, arxa qanadlar tam inkişaf etmiş və asanlıqla uçmağı təmin edəcək vəziyyətdədir.
Afrika tetraçalanı
Afrika tetraçalanı (lat. Accipiter tachiro) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Afrika tripanosomozu
Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir. == Simptomları və diaqnostikası == İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu. == Profilaktikası və müalicəsi == Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika uçanbalığı
Afrika uçanbalığı (lat. Pantodon buchholzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinin pantodontidae fəsiləsinin pantodon cinsinə aid heyvan növü.
Afrika xalqları
Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avrasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikanın avropalılar tərəfindən tutulması ərəfəsində yerli əhalinin sayı dünya əhalisinin 20%-ni təşkil edirsə, 1960-cı illərdə bu göstərici 8%-ə enmişdir. XX əsrin 90-cı illərində Аfrikаdа 520 mln. nəfərdən аrtıq əhаli yаşаyırdı. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.
Afrika ölkələri
Afrika ölkələrinin siyahısı — Afrika qitəsində yerləşən 66 dövlət və əraziyə verilən ümumi ad. Bu siyahıya həm tam tanınmış dövlətlər, həm qismən və ya tanınmayan dövlətlər, həm də Afrika və qeyri-Afrika dövlətlərinin asılı əraziləri daxildir. Siyahı 56 suveren dövlət (bunlardan 54-ü BMT-nin üzvüdür), qeyri-Afrika suveren dövlətlərin iki qeyri-suveren (asılı) ərazisini və qeyri-Afrika suveren dövlətlərin on sub-milli bölgəsindən ibarətdir. == Suveren dövlətlər == === Tam tanınan dövlətlər === Aşağıdakı tam tanınan 54 dövlətin hamısı Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının üvüdür. === Məhdud tanınan və ya tanınmayan dövlətlər === Ətraflı bax: List of states with limited recognition The following two entities have declared themselves to be sovereign states and are in control of some territory but have limited or no recognition from other states. Neither entity is a member state of the United Nations, although the Sahrawi Arab Democratic Republic is a member of the African Union. == Suveren olmayan ərazilər == There are currently 12 non-sovereign territories in Africa. Except two Spanish autonomous cities and Peñón de Vélez de la Gomera, all the remaining territories are islands off the continent's coast. === Asılı ərazilər === Ətraflı bax: Dependent territory === Digər ərazilər === This list contains 10 territories that are administered as incorporated areas of a primarily non-African country.
Afrika İttifaqı
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.
Afrika dilləri
Afrika dilləri — dünyada ən geniş dil müxtəlifliyinə malik qitələrdən biri. Afrikada təxminən 1500-2000 dil danışılır və bu dillər dörd əsas dil ailəsinə aid edilir: Afro-Asiya, Niger-Konqo, Nil-Sahara və Koisan. Bu dillər müxtəlif fonetik, morfoloji və sintaktik xüsusiyyətləri ilə fərqlənir və hər biri müəyyən etnik qrupların mədəniyyətini, ənənələrini və dünyagörüşünü əks etdirir. Afrikanın dil xəritəsi, həm müxtəlifliyin, həm də qitədəki mədəni zənginliyin bir göstəricisidir. == Afrika dillərinin böyük dil ailələri == === Afro-Asiya Dilləri === Bu dillər Şimali Afrika, Afrikanın şərqi, həmçinin Orta Şərqdə yayılmışdır. Əsas dilləri Ərəb, Amhar dili, Somali, Berber dilləri, Hausadır. Afro-Asiya dil ailəsi Şimali Afrikada və Orta Şərqdə geniş yayılıb. Bu dil ailəsinin ən böyük dili Ərəbcədir ki, bu da bir çox ləhcələri ilə birlikdə geniş coğrafiyada istifadə olunur. Digər mühüm dillərdən biri olan Amhar dili Efiopiyanın rəsmi dilidir. Berber dilləri əsasən Əlcəzair, Mərakeş və digər Şimali Afrika ölkələrində danışılır.
Kimberli (Cənubi Afrika Respublikası)
Kimberli (Kimberley) — Cənubi Afrikadə şəhər. Şimali Kap vilayətinin mərkəzi. Əhalisi 210,800 ibarət olan şehər. Narınc (Orange) çaylnşn qolu sayınan Vaal çayln sahillərində yerləşən şəhərdir. Şəhərin adı ölkənin almaz paytaxtı kimi tanınır.
Lagenaria vulgaris subsp. afrikana
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Madaqaskar 2: Afrikaya qaçış (animasiya, 2008)
Madaqaskar 2: Afrikaya qaçış (ing. Madagascar: Escape 2 Africa) — 2008-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Nyu-York zooparkının rahat həyat tərzinə öyrəşən heyvanlar — şir Aleks, zebr Marti, zürafə Melman və begemot Qloria Madaqaskar adasında yaşadıqları çətin həyatdan bezib buradan qaçmaq qərarına gəlirlər. Lakin təsadüfən onların hamısı Afrikaya gedib çıxırlar. Və burada Aleks uşaqlıqdan görmədiyi ailəsi ilə rastlaşır. Onlarla birlikdə olmaq nə qədər xoş olsa da, bir o qədər də çətin olur. Çünki bura vəhşi Afrika təbiətidir, qaydaları da buna uyğun yaranıb.
Mərkəzi Afrika Kral Muzeyi
Mərkəzi Afrika Kral Muzeyi və ya Tervuren muzeyi (nid. Koninklijk Museum voor Midden-Afrika (KMMA)) — Tervuren (Belçika) şəhərində etnoqrafiya və təbiətşünaslıq muzeyi. Muzey 1897-ci il Belçikada Ümumdünya sərgisinə tikilmişdir. Onun əsas ekspozisiyalarını o zaman Belçikanın koloniyası olan Konqodan eksponatları təqdim edirdilər. Ancaq muzeyin tədqiqatı sferası Belçika koloniyalarından da kənara çıxır, Afrikanın Şərqi), Mərkəzi və Qərb hissələrini əhatə edir.
Mərkəzi Afrika Respublikası
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
Mərkəzi Afrika ekspedisiyası
Mərkəzi Afrika ekspedisiyası — 1898-ci ildə Seneqaldan başlayan Fransa hərbi ekspedisiyası. Ekspedisiyanın məqsədi Çad gölü hövzəsini fəth etmək və Qərbi Afrikadakı bütün Fransa ərazilərini birləşdirmək idi. Eyni zamanda, Furo-Lami ekspedisiyası bu regiona şimaldan, Gentil ekspedisiyası isə cənubdan hərəkət etmişdir. == Zəmin == Ekspedisiya 1898-ci ilin noyabrında Dakardan başlamışdır. Ekspedisiyanın marşrutu Fransa Sudanından keçirdi. Ekspedisiya 50 Seneqal tiralyeri, 20 spahi, 30 tərcüməçi, həmçinin 400 köməkçi heyət və 800 yükdaşıyandan ibarət idi. Ekspedisiyaya doqquz avropalı zabit rəhbərlik edirdi. Onlar kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuen, artilleriya leytenantı Pol-Jül Joallan, leytenant Lüi Peto, dəniz piyadalarının leytenantı Mark Palye, həmçinin daha başqa tibb işçisi və üç komandir idi. Ekspedisiya tüfəng, pulemyot və artilleriya ilə yaxşı silahlanmışdı. Vule və Şanuen ekspedisiyadan iki il əvvəl Mosi krallıqlarının fəthində iştirak etmişdir və Afrikada döyüşmək təcrübəsinə sahib idilər.
Mərkəzi Afrika şiri
Mərkəzi Afrika şiri (lat. Panthera leo azandica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Konqo Demokratik Respublikasının şimal-şərqində və Uqandanın qərb hissəsində yaşayırlar. Həmçinin "Uqanda şiri" adı ilə tanınır. == Araşdırılma tarixi == Amerikalı zooloq Coel Allen yarım növə Leo leo azandicus adını təklif edir və tipik nümunələrin təsvirini verir. Onun topladığı materiallar Amerika Diyarşünaslıq muzeyində saxlanılır. Bu erkək 1912-ci ildə parkın əməkdaşları tərəfindən muzey ekspanatı olmaq üçün vurulmuşdur. Muzeydə yırtrıcılara aid 588-ci eksponat olmuşdur. Allen bu yarımnövün masai şirlərinə yaxın olmasını qeyd etmişdir. Belə ki, kəllənin beyin strukturu və diş quruluşları baxımından eyni olsa da, rəng baxımından fərqlənir 1913-cü ildə Edmund Heller Uqanda şirləri üçün başqa elmi ad təklif edir: "Panthera leo nyanzae".
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) (fr. Communauté Économique des États de l'Afrique de l'Ouest (CEDEAO); ing. The Economic Community of West African States (ECOWAS)) — Qərbi Afrika Ölkələrinin Regional Birliyi. Blokun öz kollektiv hərbi qüvvələri ECOMOG vardır. QADİB-in mərkəzi Nigeriyanın Abuca şəhərindədir. == İştirak edən ölkələr == QADİB 15 dövləti əhatə edir: Benin Burkina-Faso Kabo-Verde Kot-d'İvuar Qambiya Qana Qvineya Qvineya-Bisau Liberiya Mali Niger Nigeriya Seneqal Syerra-Leone Toqo == Tarixi == Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman quruldu. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Mavritaniya 2000-ci ildə QADİB-dən ayrıldı. 2004-cü ildə Cəmiyyətin Müdafiə Nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqlədilər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Qərbi Afrika qırmızıayaq sufərəsi
Ssipion Afrikalı (kiçik)
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
Voleybol üzrə kişilərarası Afrika çempionatı
Voleybol üzrə kişilərarası Afrika çempionatı — Afrika Voleybol Konfederasiyasının təşkilatçılığı keçirilən qitə çempionatı. Afrika çempionatı ilk 5 turnirdən sonra hər 2 ildən bir təşkil edilir. 19 dəfə təşkil edilən çempionata 5 dəfə Tunis ev sahibiliyi etmişdir. Onlar həm də ən çox qalib gələn komandadırlar. Səkkiz dəfə qitə çempionatının qalibi olmuşlar. Ən yaxın izləyiciləri isə son çempion Misirdir. Misir isə düz yeddi dəfə turniri çempionluqla başa vurmuşdur. Bu 2 Aralıq dənizi ölkəsindən başqa Kamerun və Əlcəzair milliləri də hərəyə 2 dəfə turnirin qızıl medallarını qazanmışlar.
Voleybol üzrə qadınlararası Afrika çempionatı
Voleybol üzrə qadınlararası Afrika çempionatı — ikinci çempionat istisna olmaqla hər iki ildən bir Afrika qadın milli komandaları iştirakı ilə, son vaxtlar 6 komanda ilə Afrika Voleybol Konfederasiyası tərəfindən təşkil edilən qitə miqyaslı turnir. Turnirin ən uğurlu komandası son çempion Keniyadır. Onlar bu turnirin nə az, nə çox düz 8 dəfə qalibi olmuşlar. İlk Afrika çempionatı isə 1976-cı ildə təşkil edilmişdir. Həmin turnirin qalibi Misir yığması olmuşdur.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Afrika)
== Komandalar ==
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Şimali Afrika atlanqaçı
Şimali Afrika atlanqaçı (lat. Elephantulus rozeti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Şimali Afrika kampaniyası
Şimali Afrika kampaniyası (ing. North African Campaign) - İkinci dünya müharibəsi zamanı Antihitler koalisiyası və Berlin-Roma-Tokio oxuna daxil olan ölkələr arasında Şimali Afrikada baş vermiş müharibə. Döyüşlər müasir Liviya, Misir, Əlcəzair, Tunis və Mərakeş ərazilərində baş vermişdir. Cəbhələrdəki döyüşlər əsasən Üçüncü Reyx və Böyük Britaniya qüvvələri arasında baş tutub. Şimali Afrika çöllərindəki tank döyüşləri İkinci dünya müharibəsinin müqəddəratına böyük təsir etmişdir.
Şimali Afrika pişiyi
Şimali Afrika pişiyi (lat. Felis silvestris lybica) — pişik cinsinə aid heyvan yarımnövü. == Xüsusiyyətləri == 130 min il əvvəl yaranıb. Bu yarımnövün 5 nümayəndəsi Yaxın Şərqdə 10000 il əvvəl əhliləşdirilmiş və ev pişiyinin əcdadıolmuşdur. Çölpişiyinin rəngi qəhvəyidən sarı-boza qədər ola bilir. Quyruğunda qara zolaqlar var. Tükləri Avropa pişiyinin tüklərindən qısadır. Bədəninin uz. 45–75 sm, quyruğu 20–38 sm-dir. Kütləsi 3–6,5 kq-dır.
Şimali Afrika ölkələrində islam
Şnayder Afrika gürzəsi
Şnayder Afrika gürzəsi (lat. Bitis schneideri) — Zəhərli ilan növü. Növü Oskar Byotter dostualman konhioloqu Oskar Şnayderin (1841–1903) şərəfinə adlandırmışdır. Bu növ canlı Namibiya ilə CAR sərhəddində, sahil ərazisində yayılmışlar. Hazırda Şperqebit Milli Parkında qorunurlarlar. Hazırda Şnayder Afrika gürzəsinin yarımnövü müəyyən edilməmişdir. == Təsviri == Bitis cinsinə aid olan bu canlı Gürzəkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Bədənlərinin uzunluğqları 18–25 arasında dəyişir. Maksimal uzunluqları 28 sm-dir. == Ekologiya == Düşmənləri səbəbinndən illik ölüm faizi yüksəkdir (39–56%).
Şərqi Afrika Cəmiyyəti
Şərqi Afrika Cəmiyyəti (ŞAC) (ing. The East African Community (EAC)) — altı Şərqi Afrika ölkəsini (Burundi, Keniya, Ruanda, Tanzaniya, Uqanda və Cənubi Sudan) daxil edən hökumətlərarası bir təşkilat . Şərqi Afrika Birliyinin hazırkı sədri Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizadır. ŞAC 1967-ci ildə təsis edilmiş, 1977-ci ildə fəaliyyətini dayandırmış və 7 iyul 2000-ci ildə rəsmi olaraq canlandırılmışdır. 2008-ci ildə Cənubi Afrika İnkişaf Birliyi (CAİB) və Şərqi və Cənubi Afrikanın İqtisadi Birliyi (ŞCAİB) ilə danışıqlardan sonra, sərbəst ticarət sahəsini genişləndirməyə və hər üç icmanın üzvü olan dövlətləri daxil etməyə razılıq verdi. ŞAC Afrika İqtisadi Birliyinin dayaqlarından biridir. ŞAC, Şərqi Afrika Federasiyasının yaradılmasının potensial xəbərçisidir. 2010-cu ildə ŞAC, 2014-cü ilədək vahid valyuta və 2015-ci ilədək tam bir siyasi federasiya məqsədi ilə bölgədəki mallar, işçi qüvvəsi və kapital üçün ümumi bazarını açdılar. 2014-cü ilin aprelində Şərqi Afrika Birliyinin sammitində Cənubi Sudan inteqrasiya blokunun altıncı üzvü olan dövlət kimi rəsmi qəbul edilməsi məsələsinə qərar verildi. 30 aprel 2014-cü il Cənubi Sudan, ŞAC-nə daxil olma müddətini 2014-cü ilin sentyabrına qədər təxirə salmağı xahiş etdi .

Digər lüğətlərdə