ALA-YONCA

i. bot. clover

ALA-YETİŞMİŞ
ALA-YONCALIQ
OBASTAN VİKİ
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Yonca
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır. Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib. Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Ağ yonca
Ağ yonca (lat. Trifolium repens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax.
Boşmeyvə yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják == Yarımnövləri == Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Yonca bağacığı
Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir. Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur.
Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür.
Yonca taxtabitisi
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Çiyələyəbənzər yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Üçyarpaq yonca
Qaralan yonca
Qaralan yonca (lat. Trifolium nigrescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria nigrescens (Viv.) Fourr. Trifolium nigrescens subsp. nigrescens Trifolium nigrescens subsp.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi. Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir. 2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. == Mənbə == Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Al-qırmızı yonca
Al-qırmızı yonca (lat. Trifolium incarnatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Trifolium stellatum subsp.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Yonca (aerobatika eskadronu)
Yonca (alm. Das Kleeblatt‎) aerobatika eskadronu — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş helikopterlərdən ibarət aerobatika komandası idi. Aerobatika eskadronu 1975-ci ildə qurulmuşdur və 1987-ci ilə qədər fəaliyyət göstərmişdir. 1997-ci ildə eskdaron yenidən aktivliyini bərpa etdi və 2001-ci ilə qədər fəaliyyət göstərdi. Helikopterlər standart qəhvəyi rəngdə rənglənmiş və əlavə ağ rəngli zolağa malik idilər. Quyruq pəri Avstriya bayrağı kimi ağ-qırmızı rəngdə idi.