ARQUMENT
[alm.=fr.=ing. Argument; lat. Argumentum; osm. tr. delil; ər. دن مُ ; tr. Kanıt] – gətirilən dəlilin əsası. Nəyinsə tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstər-mək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydın-laşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var. ASSİMİLASİYA (ing. assimliation) – qarşılıqlı mənəvi nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur. Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə edir.