Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
.it
.it — İtaliyanın internet kodu.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır. 18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb. 2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir. Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. == Azərbaycanda xidməti itlərdən istifadə olunan xidmət orqanları == Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. == Xarici görünüşü == Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. == Qısa təsviri == Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. == Musiqisi == Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. === Notlar === == Haqqında == Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. == Aranjimanlar == Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. == Tarixi == Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. === İt döyüşü === Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı (türk. Hayırsızada köpek katliamı) – 3-4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında toplanıb öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etdi, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başladılar. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirildi. XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra başqa İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başladılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşdı. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirildi və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlandı.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
İT-Park (Kazan)
Yüksək texnologiyalar sahəsindəki "İT-park" texnoparkı, "Rusiya Federasiyasında yüksək texnologiyalar sahəsində texnoparkların inşası" kompleks proqramı çərçivəsində Tatarıstan Respublikasının ərazisində inşa edilmiş informasiya və rabitə texnologiyası texnoparkıdır. "İT-park" texnoparkın əsas məqsədi İT şirkətlərinin inkişafını sürətləndirmək və Tatarıstan Respublikası iqtisadiyyatında İT sənayesinin payını artırmaqdır. Tam adı "Yüksək texnologiyalar sahəsində" Texnopark "İT-park" dövlət təşkilatıdır ". == Əsas məlumat == İT-park Teknoparkın inşasına 2008-ci ildə federal büdcə və Tatarıstan Respublikasının büdcəsi hesabına başlanmış və 2009-cu ilin oktyabrında başa çatdırılmışdır. Zonanın Kazan şəhərinin stansiyaları, Tukay Meydanı və Kazan metrosunun Sukno qəsəbəsi yaxınlığında, yəni mərkəzi hissədə yer alması təyin edildi.İT park binaları kompleksi texnopark infrastrukturunun əsas hissəsini özündə cəmləşdirən 5 mərtəbəli müasir bir binadan və keçmiş kazarmaların yenidən qurulmuş iki binasından ibarətdir. İT parkının ümumi sahəsi 30 min kvadratmetrdən ibarətdir. Rusiya Federasiyası Kommunikasiya və Kütləvi İnformasiya Naziri İqor Şeqolev və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirak etdiyi İT Park Biznes İnkubator 2011-ci ilin aprelində fəaliyyətə başladı. == Şirkətlər == Ərazidə Autodoriya, AK BARS Bank, ICL-KPO VS, BARS Group, GLONASS + 112, İnnovativ İdarəetmə Sistemləri, BİLİŞİM, Microsoft Rus, Sky, NPO VS, Russian Post, Document Circulation System, SIT, StartUp, StartBase TiTi Group, Fujitsu, RT CIT, Kontur SKB şirkətləri yerləşdirilmişdir. == İT Akademiyası və İnkişaf Mərkəzi == 2015-ci ildən etibarən Kazanda İT parkda İT Akademiyası və İnkişafı Mərkəzi uğurla fəaliyyət göstərir və vətəndaşlar və hüquqi şəxslər üçün əlavə peşə təhsili xidmətləri göstərir. İnformasiya Texnologiyaları Akademiyası, təhsil fəaliyyətlərini həyata keçirmək üçün lisenziyaya malikdir və bunun çərçivəsində 3 təlim formatı həyata keçirilir: uşaqlar üçün qabaqcıl təlim, peşəkar yenidən hazırlıq və ümumi inkişaf proqramları.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Qarsim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci iə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. == Mövzusu == Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. == Xarici dillərə tərcümə == Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Ağ it (film, 1982)
Ağ it (ing. White dog, 1982) — ABŞ istehsalı psixoloji film. Filmin göstərilməsinə bir çox ölkədə qadağan olunmuşdur. == Haqqında == Samuel Fullerin rejissoru olduğu filmin senarisini o və Kurtis Hanson filmin rollarında Kristi MakNikol, Paul Vinfild, Burl İves və Ceymson Parker oynayıb. Filmin musiqisi Ennio Morrikone aiddir. Samuel Fullerin filmdə kiçik rolu vardır. (Həmçinin tibb bacısı rolunda Fullerin həyat yoldaşı Krista Lanq çəkilmişdir) Film məşhur fransız yazıçı Romayn Qarinin 1970-ci ildə yarı-avtobioqrafik şəkildə yazdığı "Chien Blanc"'ın (Ağ it) romanı əsasında çəkilmişdi. Romayn Qari ABŞ-də ağlarla zəncilər arasında irqçiliyi tənqid etdiyi bu romanında Los-Ancelesdə Fransa səfiri olrkən yazmışdı. Bu zaman ABŞ aktrisası Jan Seberq ilə evli idi və filmdə baş verən hadisənin bənzəri ailəsinin başına gəlmişdi. Samuel Fuller filmin çəkilişləri başmamışdan qabaq 1980-ci ildə vəfat edən Romayn Qraya həsr etdi.
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. == Əlyazması == Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan nüsxəsidir. == Əsas məlumatlar == XI əsrdə yazılmışdır.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Qranitin üstündə inqilab
Qranitin üstündə tələbə inqilab — Sovet Ukraynanın paytaxt Kiyev şəhərində 1990-cı ilin oktyabrında baş verən etiraz aksiyaları. Mərkəzi Kiyevin Azadlıq meydanında (ukr. Майдан Незалежності) olan ilk böyük siyasi etirazlardan birincisi sayılır. Sonra, 2004-cü ildə Narıncı inqilab, 2013-2014 illərin arasında isə Avromeydan burda mərkəzləşib. Qranitin üstündə inqilaın bir sıra yönəlticiləri 2004-cü ilin Narıncı inqlabın baş təşkilçilərin arasında olublar. == Olaylar == 1989-cu ilin avqust ayında Ukrayna Tələbə Birliyi yaradılıb. Bu qurum gələn 1990-cu ildə keçirilən Ukrayna parlament seçkilərinin nəticələri ilə dərin şəkildə narazı idi. Həmin seçkilərdə Ukrayna Kommunist Partiyası 331, Demokratik Bloku isə 111 yer almışdı. Tələbə lider, Oles Danii bəyan etmişdi ki, Demokratik Bloku yerlərin çoxluğunu almalı idi. Bundan sonra, Tələbə Birliyi böyük etirazlara hazırlaşmağa başlayıblar.
Məcnun Leylinin məzarı üstündə
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Dostdan üstün (film, 2011)
Dostdan üstün (ing. Friends with Benefits) — Mila Kunis və Castin Timberleykin baş rol aldığı, romantik-komadiya janrında məşhur film. Rollarda Patrisia Klarkson, Cenna Elfman, Brian Qrinberq, Nolan Qold, Riçard Cenkins və Vudi Harelson iştirak edib. Məzmun Nyu-Yorkda görüşən Dilan Harper (Timberlake) və Cemi Relis (Kunis) ətrafında baş verir və onlar dostluqlarına cinsi əlaqəni əlavə etməklə çətinliyə düşməyəcəklərinə inanırlar. Vaxt keçdikcə bir-birinə dərin qarşılıqlı duyğular inkişaf etdirməyə başlayırlar, ancaq hər dəfə birlikdə olduqlarını inkar edirlər. "Dostdan üstün" üçün əsas aktyor seçimi 2010-cu ilin aprelindən iyul ayına qədər, üç ay müddətində keçirilib. Qlak Timberleyk və Kunis-i yayımladıqdan sonra qısa müddətdə orijinal ssenarini yenidən işləmişdir. Filmin çəkilişləri 20 iyul 2010-cu ildə Nyu-Yorkda başlamış və 2010-cu ilin sentyabrında Los-Ancelesdə çəkilmişdir. Film "Screen Gems" tərəfindən paylanmış və 22 iyul 2011-ci ildə Şimali Amerikada nümayiş etdirilmişdir. "Dostdan üstün", ümumiyyətlə film tənqidçiləri tərəfindən qəbul edilmişdi.
Məcnun Leylinin məzarı üstündə (1897)
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. == Metodu == Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Ot-İl
Ot-İl (fr. Haute-Isle) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 333 nəfər (2005). Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbdə, Serji belediyyənin 30 km şimal-qərbdə yerləşir.
Əspərək
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Əstələk
Əstələk (fars. اصطلك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 184 nəfər yaşayır (55 ailə).
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Üstüpü
Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Ağ əspərək
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir. 12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına rəğmən mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
It
Ը, ը — (Səslənməsi: ıt, erm. ըթ) - erməni əlifbasının səkkizinci hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Is It a Crime?
"Is It a Crime" — 1986-cı ildə çıxan Promise (1985) albomundan ingilis qrupu Sade-nin bir mahnısı. Epic Records tərəfindən yayımlandı və daha sonra qrupun bir çox albomunda yer aldı. Mahnını Şade Adu, Andrew Hale və Gordon Matthewman yazdı. == Rəylər == AXS-dən Tanya Rena Cefferson, «„Is It A Crime“ — ifadəsini beyninizi mənəvi sevinclə dolduran Smooth caz üslubunda caz mahnısı olduğunu söylədi ("yumşaq caz", "asan caz", "pop caz"). Sade sevginin necə olduğuna inamla oxuyur və o qədər aşiq olduğu üçün sevgilisini bu qədər sevdiyi bir cinayət olduğu təqdirdə heyran qalır. Romantik mahnının qulaqları qəfil rahatlaşma və rahatlıqla dolduran böyük bir temp var.» The Guardian’dan Sofi Hevud şərh etdi: “Şadenin epik nisbətlər baxımından əhəmiyyətsizliyini 1986-cı ildən bəri uzun altı metaforaya qədər olan altı dəqiqəlik təkbaşına təsdiqlədi: burada sevgisi“ Viktoriya gölündən daha geniş ... İmperiya Dövlətinin üstündədir ” və əlbəttə yarısını keçməyə qadirdir dünya».
Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Eşitmək
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Yodel It!
Yodel It! (azərb. Yodellə!‎) — Rumıniyaın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İlinka və Aleks Florea "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının sözləri Aleksandra Nikulaya, musiqisi isə Mihai Aleksandruya aiddir. Musiqi tənqidçilərindən qarışıq rəylər qazanan mahnı Avroviziyada Rumıniyaya finalda 7-ci yeri qazandırmışdır.
Üstüpü hamamı
Üstüpü hamamı - Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. == Yerləşdiyi ərazi == Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir.
Üstüpü körpüsü
Üstüpü körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Üstüpü kəndinin 18 km-də, Düylünçayın üzərində memarlıq abidəsidir. Uzunluğu 10 paqonometrdir. XIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. Üstüpü körpüsü 1996-cı ildə yenidən qurulmuşdur. Körpünün yenidən qurulması nəticəsində Məzrə və Üstüpü kəndləri magistral yola çıxış əldə etmişdir.
Üstüpü piri
Üstüpü piri — Ordubad rayonunun Üstüpü kəndindən şərqdə, hündür təpənin üzərində ziyarətgah. Bu müqəddəs yer Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək mümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars: duzlu göl) — İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Rştuni
Rştuni (erm. Ռշտունի) — Rştunik bölgəsini idarə edən qədim erməni zadəgan sülaləsi. == Mənşə == İddiaya görə, sülalə Urartu hakimi I Rusasın nəslindən gəlirdi, lakin Movses Xorenlinin "Ermənistan tarixi" əsərinə görə, Rştuni Süni sülaləsinin bir qolu idi. == Tarixi == Sülalənin ilk bilinən üzvü təxminən 330-cu ildə anadan olan Mənuçöhr Rştuni idi. Qardaşı Zora və şahzadə Vaçe Artsruni ilə birlikdə Ermənistan çarı Tirana qarşı üsyan qaldırmışdır. Çar iki ailənin də məhv edilməsini əmr etmiş, lakin Savasp Artsruni və Tacat Rştuni sağ qalmışdır. VII əsrin əvvəllərində sülalənin ən əhəmiyyətli üzvü və aparıcı siması Feodor Rştuni idi. O, 638-ci ildən 655-ci ilə qədər Ermənistan mərzbanı və sonradan çarı idi. O, Ermənistanı Bizans və ərəblərdən qorumağa çalışırdı. Sasani imperatorluğunun süquta uğramasından sonra 642-ci ildə müsəlmanların Ermənistana hücumları başlamışdır.
Ustaše
Ustaşlar (xorv. Ustaše — üsyançı, qiyamçı) — 1929–1945-ci illər arasında bir təşkilat kimi fəaliyyət göstərən, rəsmi olaraq Ustaş – Xorvat İnqilabi Hərəkatı (xorv. Ustaša – Hrvatski revolucionarni pokret) kimi tanınan xorvat faşist, ultranasionalist, etnonasionalist, klerikal təşkilat. Onun üzvləri 1934-cü ildə Yuqoslaviya kralı I Aleksandrın öldürülməsinə köməklik göstərmiş və Müstəqil Xorvatiya dövlətində holokost törədərək yüz minlərlə serb, yəhudi, qaraçı, həmçinin Bosniyalı müsəlmanları və Yuqoslaviyada İkinci Dünya müharibəsi zamanı xorvat siyasi dissidentlərini qətlə yetirmişdilər. Hərəkatın ideologiyası faşizm, Roma katolikliyi və Xorvat ultramillətçiliyinin qarışığı idi. Ustaşlar Drina çayını əhatə edən və Belqrad sərhəddinə qədər uzanan Böyük Xorvatiyanın yaradılmasını dəstəkləyirdilər. Hərəkat irqi cəhətdən "təmiz" Xorvatiyanı müdafiə etmiş və nasist irqi nəzəriyyəsi, antifaşist və ya dissident xorvatlar və boşnakların təqibi yolu ilə ustaşlar anti-serb əhval-ruhiyyəsinə görə serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırımı təbliğ etmişdilər. Ustaşlar bosniyalılara " müsəlman xorvatlar " kimi baxırdı və nəticədə bosniyalılar irqinə görə təqib olunmurdular. Ustaşlar xorvatların dini kimi Roma katolikliyini və İslamı müdafiə etmiş və serblərin əsas dini olan pravoslav xristianlığının əleyhinə olmuşdular. Roma katolikliyi Xorvat millətçiliyi ilə eyniləşdirilmiş, Bosniya və Herseqovinada böyük izləyicisi olan İslam isə ustaşlar tərəfindən "Xorvatların qanını doğru tutan" din kimi təriflənmişdi.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşi əhali : 72,867 nəfər (2006 s.a.) şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.) Kiyəşəhr bəxşi əhali : 34,934 nəfər (2006 s.a.) şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində : Astaneyi-Əşrəfiyyə şəhəri Əhalisi : 36,298 nəfər (2006 s.a.) Kiyəşəhr bəxşində : Kiyəşəhr şəhəri Əhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Tüstüyə qarşı aşqarlar
== Tüstüyə qarşı aşqarlar == Tüstüyə qarşı aşqarlar dizel mühərrikinin buraxdığı işlənmiş qazlardan gələn qara tüstünün (his) emissiyasını azaltmaq üçün nəzərdə tutulmuşdur. Yanma kamerasında alovlanmadan əvvəlki mərhələdə yanacağın intensiv krekinqi baş verir, nəticədə his əmələ gəlir. Sonra o yanır, lakin bəzi səbəblərə görə tam yanmır. Qara tüstünün tərkibində olan hisin bir hissəsi atmosferə atılır. Hisin əmələ gəlməsi mühərriyin səmərəliliyinin azalması deməkdir, lakin bundan əlavə, his onun səthində sorbsiya olunmuş kanserogen politsiklik aromatik karbohidrogenlər daşıyıcısıdır. Qara tüstünün emissiyası metalsaxlayan tüstüyə qarşı aşqarlar vasitəsilə azaldıla bilər. Bu halda külsüz aşqarların təsiri çox deyil. Tüstüyə qarşı aşqarların işçi qatılığı 0.05-0,2%-dir. Nisbətən əvvəlki aşqarların (məsələn, 1970-ci illərdə işlənib hazırlanmış ИХП- 702, ИХП-706 aşqarları) tövsiyə olunan qatılığı 0.5-1.0%-ə qədər və daha yüksək olmuşdur. == Təsir prinsipi == Tüstüyə qarşı aşqarların təsir mexanizmi haqqında konkret fikir yoxdur.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Qaracalar (Əştərək)
Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qaraçalar türk tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qızılxaraba (Əştərək)
Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi qeyd edilmişdir. == Toponimi == Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.
Əştərək (şəhər)
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Əştərək rayonu
Əştərək rayonu, Aştarak rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Karbi mahalı ərazisində yerləşən rayon. Mərkəzi Əştərək şəhəridir. == Tarixi == Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yadadılıb. Ərazisi 926 kv km-dir. Rayon mərkəzi respublika tabeli Əştərək (dəyişdirilmiş adı Aştarak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 km-dir. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və s. kəndlərinin əhalisi zorla Azərbaycana köçürülüb. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Coğrafi mövqeyi == === Relyefi === === Təbiəti === == Əhalisi == Əsgərov Əsgər Allahverdi oğlu (1878-11.3.1938*, 60 yaş) repressiya qurbanı 1878 ci ildə Əştərək rayonunda doğulmuş. Şəkidə 1 May kolxozçu olmuşdur.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin "Abidə" şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir. 1834-cü ildə memar Ogüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş qərargahın tağı kompozisiyasını tamamlamışdır. Abidənin inşası ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin — I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz "unudulmaz qardaşının" xatirəsi üçün müsabiqəni rəsmən elan etmişdir." Ogüst Monferran bu çağırışa möhtəşəm qranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Sünə (Sərdəşt)
Sünə (fars. سونه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (39 ailə).
Üstü Xure
Üstü-Xure (Tuv. Үстүү-Хүрээ - Yuxarı Xure (monastır)) Tıvada ən böyük və ən məşhur Buddist monastırlarından biridir. Çadan çayının sağ sahilindəki Çaylaq-Alak təbii sərhəddində, Çadan şəhərindən 7 km cənub-şərqdə, Bajın-Alak kəndinə aparan yoldan 1,5 km cənub-şərqdə yerləşir. Üstü-Xure Daa-kojun ərazisində yerləşən iki ən böyük məbəd komplekslərindən biridir. Tuvanın mənəviyyat və dövlətçilik mərkəzidir. Tuva əlifbasının təməli Xure ərazisində qoyuldu, Tuva Xalq Respublikasının ilk sikkəsi vuruldu. == Tarixi == Üstü-Xure Manastırı 1905-1907-ci illərdə noyon Haydıp tərəfindən qurulmuşdur. İnşaat, xüsusi olaraq dəvət edilmiş Tibet laması Kuntan Rimpoçenin rəhbərliyi və dizaynı həmçinin Çin ustalarının iştirakı ilə həyata keçirildi. Tibet monastırının layihəsini 1905-ci ildə Kuntan Rimpoçe gətirmişdir, lakin bəziləri bunun Tibet və Çinin memarlıq texnikalarını özündə birləşdirən tipik monqol binası olduğunu iddia edirlər: meylli dib Tibet binaları üçün tipikdir, ikinci dərəcəli yüngül taxta pavilyon isə Çinlilər üçündür. 1930-cu ildə xüsusi bir fərman qəbul edildikdən sonra monastır bağlandı.