Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlimurad hamamı
Əlimurad hamamı — Abşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir. Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür. Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Əlimurad xan Zənd
Əlimurad xan Zənd (?-18.1.1785) — Zəndlər sülaləsindən Fars, İsfahan hakimi. Kərim xan Zəndin ölümündən sonrа Mərkəzi İrаndа Zəndlər sülaləsinin nümаyəndəsi Əlimurаd хаn hаkimiyyəti ələ keçirmişdi. Lаkin o öz hаkimiyyətini möhkəmləndirə bilmirdi. Çoхlаrı Əlimurаd хаnı İrаn hökmdаrı kimi tаnımаq istəmirdilər. Bunа görə Əlimurаd хаn Rusiyаnın dəstəyini qаzаnmаq üçün onа ittifаq bаğlаmаq təklifi ilə mürаciət etdi. Hələ 1783-cü ildə generаl Potyomkinin təbrik məktubunu аlаn Əlimurаd хаn öz məmuru Məhəmməd bəyi məktublа Qаfqаz хəttinə göndərib rus tаcirlərinə hər cür şərаit yаrаtdığını, Peterburq sаrаyınа səfir göndərib Rusiyа ilə onun аrzulаdığı şərtlərlə ittifаq bаğlаmаq istəyində olduğunu bildirmişdi. Cənubi Qаfqаzı öz mülklərinə qаtmаğı niyyət edən Rusiyа onun üçün çoх əlverişli olаn bu mürаciətə həvəslə cаvаb vermişdi. Q.А.Potyomkin II Yekаterinаyа yаzmışdı ki, Mərkəzi İrаnı ələ keçirən Əlimurаd хаn Rusiyа ilə ittifаq ахtаrır və bundаn istifаdə edərək "İrаn Ermənistаnını" könüllü аlıb, onun əsаsındа Аlbаniyа quberniyаsı təşkil etmək olаr. О, 1784-cü ilin mаy аyındа isə Əlimurаd хаnın təklifindən fаydаlаnmаq bаrədə müsbət rəyini Bezborodkаyа bildirmişdi: "Bundаn böyük хeyir qаzаnmаq, Ermənistаn ölkəsini və Аlbаniyаnı təşkil etməli olаn hissəni, İrаklinin çаrlığını qurmаq olаr". Əlimurаd хаnlа dаnışıqlаrın sürətləndirilməsinin bir səbəbi də Qubаlı Fətəli хаnın Cənubi Аzərbаycаn torpаqlаrını birləşdirmək istiqаmətində cəhdlər göstərməsi idi.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — AMEA Fizika İnstitutunun alimi. Elmira Kərimova — fizikaçı-alim. Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). Elmira Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Elmabad (Bukan)
Elmabad (fars. علم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (19 ailə).
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Elmira Abasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbaslı
Elmira Mikayıl qızı Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşından tətbiqi sənətlə məşğul olur. 1987-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü. XIX əsr Azərbaycan milli kostyumunun və ənənəvi tikmələrin bərpası ilə məşğul olur. Bir çox beynəlxalq sərgilər və müsabiqələrin iştirakçısı olmuşdur. Böyük müvəfəqiyyətlə Azərbaycanın tikmələrini Finlandiya, Polşa, Türkiyə, Fransa, Malta və digər ölkələrdə təqdim etmişdir. 1994–1996-cı illərdə Azərbaycanın milli geyimləri muzeyini yaratmışdır. Muzeyin dizaynı və bütün eksponatları onun ikiillik əməyinin məhsulu olmuşdur. "Qızıltikmə" məktəbinin əsası qoyulmuşdur. İncəsənətin bu növünü o öz tələbələrinə öyrədir.
Elmira Abbasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abdullayeva
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Cəfərova
Elmira Cəfərova Əsəd qızı (7 iyun 1937) — AMEA Fizika İnstitutunun alimi. == Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H. M. Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə "Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış "Heteroquruluşlar fizikası" laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə "Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri" mövzusunda "Fiziki elektronika" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti — 1978–1990-cı illərdə Azərbaycan Texniki Universitetinin "Mikroelektronika" kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri — Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir.
Elmira Daidbəyova
Daidbəyova Elmira Adilkireyevna (d. 20.6.1912, Dağ. Resp. Buynaksk ş.) - geologiya-mineralogiya elmləri doktoru (1961), professor (1962). == Həyatı == 1949-cu ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda laboratoriya rəhbəri işləmişdir. Tədqiqatları Azərbaycanın neftli-qazlı sahələrinin çökmə süxurlarının litologiyası və petroqrafiyası sahəsindədir. Azərb.-ın neftli-qazlı sahələrinin çökmə süxurları atlasının (1971) tərtibçilərindən biridir. Elmira Daidbəyova "Fəxri neftçi" adına layiq görülmüşdür.
Elmira Haşımzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elmira Hüseynova
Elmira Hüseynova (artist) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti. Elmira Hüseynova (heykəltaraş) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967).
Elmira Həşimzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elmira Kazımzadə
Elmira Kazımzadə (d. 1957, Bakı) – Azərbaycan alimi. Psixologiya sahəsindəki fəaliyyəti ilə tanınır. == Həyatı == Elmira Kazımzadə 1957-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. == Fəaliyyəti == 1979-cu ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Etnopsixoloji kontekslərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili"nə həsr olunmuş elmi dissertasiya işini Kiyevdə Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir. 1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlaqələndirici vəzifələrində çalışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris müəssəsilərində aparıcı ekspert statusu qazanıb. Son 10 ildə 5 beynəlxalq nəşrdə həmmüəllif olub.
Elmira Kərimova
Elmira Kərimova (31 dekabr 1941, Qasım İsmayılov rayonu – 10 dekabr 2021) — fizikaçı-alim == Həyatı == • Elmi əsərlərinin sayı- 585 • Xaricdə dərc olunan əsərlərinin sayı- 340 • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 160 • Monoqrafiya və kitablarının sayı- 1(708səh) • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 23 • Elmi-pedaqoji fəaliyyəti- 1963–1965 Azərbaycan Texniki Universiteti; müəllim • Dil bilikləri — Azərbaycan, Rus dillərini sərbəst bilir, İngilis dillini orta == Əsas elmi nəticələri == 1. Bərk məhlulların tərkibinin onların fiziki xassələrinə təsirinin analizi göstərdi ki, keçid metallarının miqdarının artması ilə qadağan olunmuş zonanın eni artır və eksiton enerjisinin maksimumuna uyğun gələn qiyməti xətti olaraq artır. Bundan başqa rentgenkeçiricilik 2÷3 dəfə artması müşahidə olunur və faza keçidlərinə uyğun temperatur aşağı oblastlara doğru yerini dəyişir. 1,8K temperaturda TlGaS2 monokristalında eksiton lüminesensiya udulma və kombinasyon səpilmə spektri tədqiq olunmuşdur. 2,48–2,54ev intervalında çoxzolaqlı fotolüminisensiya müəyyən edilmişdir ki, bu da çəp eksitonun fononları emissiya etməsi rekombinasiya şüalanması əsasında izah olunur. Düz eksitona uyğun gələn eksitonun energetik vəziyyəti (2,606eV) və çəp eksitona uyğun gələn (2,540eV) enerji təyin edilmişdir. 2. TlGa1-xFexS2 monokristalında λ- modulyasiya modulyasiya metodu ilə tədqiqi nəticəsində eksiton udulma oblastında müəyyən edilmişdir ki, GaFe (1–2 at%) əvəzləməsi nəticəsində eksiton zolağının sürüşməsi baş verir. Fe atomlarının konsentrasiyası artdıqca eksiton piki udulma sərhəddində itir. Bu monokristallarda laylar arası əlaqənin güclü dəyişməsi ilə izah olunur. 3. TlIn1-xFexS2 (x=00,01) monokristalında In atomlarının Fe atomları ilə qismən əvəz olunması nəticəsində alınmış nəticələr göstərdi ki, x-in artması ilə fotokeçiriciliyin sərhəddi daha uzundalğalı oblasta döğru yerini dəyişir (826nm-dən 1127nm-ə qədər), seqnetoelektrik faza keçidinə uyğun gələn temperatur 200K-dən 185K-ə doğru sürüşür, fonon spektri isə 250÷350sm-1 oblastında dəyişikliyə məruz qalır. 4. A3B6; A3B3C26 və onların bərk məhlulları olan [ (TlGaSe)1-x(TlInSe2)x; Tl(GaS2)1-x(InSe2)x; Tl(InS2)1-x(FeSe2)x; TlGa1-xFexS2] monokristalların rentgenkeçiriciliyi və rentgendozimetrik xarakteristikalarının xüsusiyyətləri öyrənilmişdir.
Elmira Mirzəyeva
Elmira Mirzəyeva (rus. Эльмира Мирзоева; doğ. 2 noyabr 1981, Moskva, Rusiya SFSR, SSRİ) — əvvəllər Rusiyanı, 4 aprel 2024-cü ildən bu yana isə İngiltərəni təmsil edən şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2002). İdman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi. == Həyatı == === Erkən illəri === Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub. Əslən Gəncəlidir. Elmiranın özündən böyük Gülnarə adında bacısı və özündən kiçik Nizami adında qardaşı var. Qardaşı şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb. === Şahmat === 1995-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub.
Elmira Muradəliyeva
Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib. === Təhsili === 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub. 1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur. 1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb. == Elmi fəaliyyəti == 1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur. 1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Elmira Məhəmmədova
Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu. 1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.
Elmira Nəzirova
Elmira Mirzərza qızı Nəzirova (30 noyabr 1928, Bakı – 23 yanvar 2014, Hayfa) — Azərbaycan bəstəkarı, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyat və yaradıcılığı == Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulmuşdu. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor Georgi Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirmişdi. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdi. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü idi. E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir. E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu. E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdi. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.
Elmira Qafarova
Elmira Mikayıl qızı Qafarova (1 mart 1934, Bakı, SSRİ – 1 avqust 1993, Bakı, Azərbaycan) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (1991–1992), Azərbaycan SSR Ali Sovetinin (1990–1991) və Rəyasət Heyətinin sədri (1989–1990), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1989), Azərbaycan SSR xarici işlər naziri (1983–1987), Azərbaycan SSR xalq maarifi naziri (1980–1983). == Həyatı == Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E. Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini almışdır. Elmira Qafarova 1961–1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961–1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E. Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966–1970-ci illərdə bu vəzifədə işləmişdir. E. Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir.
Elmira Qasımova
Elmira Qasımova (siyasətçi)
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Əlgüşad Məmmədov
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı. Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir. Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib. Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır. Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir. İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur. Rayonun əksər tədbirlərində fəal iştirak edir.