Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Microsoft Yaponiya
Microsoft Yaponiya (rəsmən Microsoft Yaponia məhdud şirkəti — yap. 日本マイクロソフト株式会社 Nihon Maikurosofuto Kabushiki Kaisha) — ABŞnın Microsoft şirkətinin Yaponiyada olan ofisidir. == Hadisələr == 2005-ilin Mayın 13-də Yoşihiro Maroyama təqdim eddi ictamai üçün Xbox 360 modelini. == Sponsorluq == 2004-cü ildən bu şirkət sponsorluq edir Microsoft Cupını.
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
Yaponiya (dəqiqləşdirmə)
Yaponiya Şərqi Asiyada ölkədir. Yaponiya aşağıdakı mənaları da verə bilər: Yaponiya Yaponiya (film), 2008-ci ildə çəkilmiş və baş rollarını Şeyn Brolli və Peter Fondanın ifa etdiyi film. Yaponiya (film, 1960), qisametrajlı Disney filmi.
Yaponiya Parlamenti
Yaponiya Parlamenti (Yapon. 国会, Hepbörn: Kokkai) Yaponiyanın ikipalatalı qanunverici orqanıdır. O, Nümayəndələr Palatası (衆議院, Şūqin) adlanan aşağı palatadan və yuxarı palatadan, Müşavirlər Palatasından (参議院, Sanqin) ibarətdir. Hər iki palata paralel səsvermə sistemi ilə birbaşa seçilir. Qanunların qəbulu ilə yanaşı, parlament rəsmi olaraq Baş nazirin seçilməsinə cavabdehdir. Parlament ilk dəfə 1890-cı ildə Meyci Konstitusiyasına əsasən İmperator Parlamenti olaraq çağırılmış və indiki formasını 1947-ci ildə müharibədən sonrakı konstitusiyanın qəbulundan sonra almışdır. Hər iki ev Naqataço, Çiyoda, Tokioda Milli Parlamenti Binasında (国会議事堂, Kokkai-gijidō) görüşür. == Tərkibi == Parlament palatalarının hər ikisi paralel səsvermə sistemi ilə seçilir. Bu o deməkdir ki, istənilən seçkidə doldurulacaq yerlər hər biri fərqli üsulla seçilən iki qrupa bölünür; evlər arasındakı əsas fərq iki qrupun ölçülərində və onların necə seçilməsindədir. Seçicilərdən həmçinin iki səs vermələri xahiş olunur: biri dairə üzrə fərdi namizədə, digəri isə partiya siyahısına.
Yaponiya adaları
Yaponiya adalarının siyahısı - Yaponiyaya məxsus olan və əsasən Sakit okean akvatoriyasında yerləşən adaları birləşdirir. Yaponiyaya məxsus adalar özündə 3000-dən çox adanı özündə birləşdirir. Bu adaların böyük qismi Yaponiya arxipelaqında birləşdirir. Üstəlik bura Ryukyu adalarıda daxildir. Yaponiya adaları materik mənşəlidir. == Yapon arxipelaqı == === Əsas adalar === Hokkaydo Honşu Şikoku Kyuşu === Elədə böyük olmayan adalar === ==== Daxili Yapon dənizinin adaları ==== Kasado Hime Heyqun Yaşiro İtsukuşima («Miyacima» adı ilə tanınır) Nisinomi Etacima Kurasahi İnnoşima Teşima Sedo Avaci ==== Yapon dənizi adaları ==== ===== Xokkoyda yaxınlığında yerləşənlər ===== Rebun və Rişiri Teuri və Yaqişiri Okuşiri Kocima ===== Xonsyu yaxınlığında yerləşənlər ===== Kyoroku qayalıqları Tobi Ava Sado Hekura Nanasuşima adaları Noto Oki adaları Doqo Nasinoşima Kakanoşima Tiburi Mişima Aişima ==== Koreya boğazı adaları ==== Tsuşima Kаminoşima Simonoşima Futoi Oronoşima İki adası ==== Şərqi Çin dənizi ==== İkisuki Hirado Qoto adaları Nakadori Torişima Hisaka Fukue Haşima adası Dance adaları Kosiki Kusakaki ==== Daxili adalar ==== ===== Xonsyu yaxınlığında yerləşənlər ===== Kinkazan Aci Enişima İzu adaları Torişima Toşima Udone Niicima Sikine Kocu Taşiro Ombase Мiyakecima Mikura İnamba Aoqaşima Kocima Tosi ===== Sikoku yaxınlığında yerləşənlər ===== Okinoşima adası ===== Kyusyu yaxınlığında yerləşənlər ===== Simanouri == Ryukyu adaları (Nansey) == Osumi adaları Taneqaşima Yakuşima Tokara adaları Yokoate Kuçinoşima Kuçinoerabu Nakanoşima Suvanose Takara Amami adaları Kakeroma Kikay Oşima adası Takunoşima Tori Okinava Torişima Kume Оkinoerabu Sakişima Yaeyama adaları İriomote İşiqaki Yonaquni Miyako adaları Minna İrabu İkema Kurima Miyakocima Nakanobanare Oqami Şimoci Tarama Futeyva Senkaku Sekibi Uosuri Dayto adaları Borodino adaları Kitadayto Minamidayto Оkinadayto == Sakit okean adaları == Nampo adaları Suşima Hahacima Mukocima Nakodocima Çiçicima Kazan adaları İo adası (həmçinin İocima, İoto, İvoto) Okinotoro Minamitori == Göllərdə yerləşən adalar == Daykon adası == Cənubi Kuril == İkinci Dünya müharibəsi bitdikdən sonra bütün Kuril adaları RSFSR ərazisinə keçir. Yaponiya İturup, Kunaşir, Şikotan və Xabomai adalarına iddia edir. Rusiya isə bu iddianı tanımır.
Yaponiya bankı
Yaponiya bankı (yapon dilində: 日本銀行 Нихон гинко) — Yaponiyanın mərkəzi bankı. == Tarixi == Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yaradılmışdır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə dəyişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il 1 apreldə Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı deyildir. == Ümumi məlumat == Yaponiya Bankı öz statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir.
Yaponiya bayrağı
Yaponiya bayrağı — Yaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə. Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ilə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır. Günəş Yaponiya mifologiyasında və dində vacib rol oynayır, çünki əfsanəyə görə Yaponiya imperatorları günəş tanrısı Amaterasunun nəslindən gəlirlər.
Yaponiya coğrafiyası
== Sahəsi və sərhədləri == «Yaponiya (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlətdir. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo, Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km²., əhalisi 115,8 mln. (1979). Yaponiya inzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir.Dövlət dili, yapon dili, pul vahidi Yen-dir.Dövlət quruluşu konstitusiyalı monarxiyadır . == Yaponiyanın relyefi == Yapon adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu (Xondo).
Yaponiya gerbi
Yaponiyanın İmperator möhürü— 16 - sarı və ya narıncı rəngdə rəmzi ləçəkli payızgülü. Kamakura dövründən başlayaraq, yapon imperatorları və Yaponiyanın imperator ailəsinin üzvlərinin emblemi sayılır. Yaponiyanın gerbi olmadığından, bəzən dövlət gerbi kimi də istifadə olunur. Şəxsi möhür kimi imperator Qo-Toba ilk dəfə istifadə edib. Bu emblem 1869-cu ildə qəbul olunub. 1871-ci il fərmanına əsasən Yaponiya imperatorundan başqa heç kimə bu möhürü istifadə etməyə icazə yox idi. İkinci dünya müharibəsindən sonra bu qadağa ləğv olundu.
Yaponiya himni
Kimiqayo (yap. 君が代, adətən "İmperatorun hakimiyyəti" kimi tərcümə edilir) — Yaponiya dövlət himni. Himnin sözləri dünyanın ən qədim himnlərindən sayılır. 11 sıra və 32 xarakterdən ibarət olunan "Kimi qa yo" həm də dünyada ən qısa himnlərdən biridir. Himnin sözləri Heyan dövründə (794–1185) yazılan vaka şeiridir, və cari melodiyası 1880-ci ildə seçilmişdir, 11 il əvvəl ibarət qeyri-populyar melodiyanı əvəz edir. "Kimi qa yo" adətən "İmperatoru Əlahəzrət hakimiyyəti" kimi tərcüməsinə baxmayaraq, himnin adı və ya sözlərinin rəsmi tərcüməsi qanunla müəyyən edilməmişdir.1888-ci ildən 1945-ci ilə kimi, "Kimi qa yo" Yaponiya imperiyasının milli himni kimi xidmət etmişdir. İmperatorluq İkinci dünya müharibəsinin sonunda təslim olub və ləğv onduğu zaman, Yaponiya Dövləti 1945-ci ildə onu əvəz etmişdir. Bu varis dövlət parlament demokratiyası idi və hökumət buna görə də imperiya suverenliyi əsasından məşhur suverenlik sisteminə dəyişdi. İmperator Hirohito hakimiyyətdən qovulmadı, və "Kimi qa yo" de-fakto milli himn kimi qaldı. 1999-cu ildə "Milli bayraq və himn haqqında akt" qanunu himni rəsmi etdi.
Yaponiya imperatoru
1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir. == Səlahiyyətləri == Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır. Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir.
Yaponiya imperiyası
Yaponiya imperiyası (yap. 大日本帝國 Day Nippon Teykoku, Böyük Yapon İmperiyası) - 3 yanvar 1868-ci ildən 3 may 1947-ci ilə qədər mövcud olmuş dövlət. Hüquqi olaraq bu termini Yaponiyaya 29 noyabr 1890-cı ildən 3 may 1947-ci ilə kimi olan dövrdə tətbiq etmək olar. == Tarixi == Siyasi olaraq Yaponiya imperiyasının başlanğıcını 9 noyabr 1867-ci ildə impertor hakimiyyətinin qayıtmasını göstərmək olar. Bu hakimiyyət 2 sentyabr 1945-ci il kapitulyasiyasına kimi davam edib. Bu dövrdə Yaponiya konstitusiyası hakimiyyətin hökumət və dövlət başçısı olan imperatora qaytarılmasını bəyan edirdi. Faktiki olaraq imperiya 1871-ci ildən müharibəsonrası konstitusiyanın qəbul edildiyi 1947-ci ilə kimi davam etdi. Yaponiya imperiyasının tarixini üç yerə bölmək olar: Meyci dövrü (1867-1912), Taysö dövrü (1912-1926) və Söva dövründə (1921-1989) Xiroxito hakimiyyətinin ilk 21 ili.
Yaponiya iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == 2004 ÜDMsi 2003ə görə %4,4 artmışdır. 2005də isə %2,3 artm göstərməkdədir.Yaponiya, ABŞ və Almaniyadan sonra Dünyanın üçüncü böyük ixracatçısı mövqesindədir. Cəmi dünya ixracatı içərisində %11.4lik nisbətlə birinci sıranı alan ABŞı %9.2lik nisbətlə Almaniya və %5.7lik nisbətlə Yaponiya izləməkdədir. Cəmi dünya idxalatı içərisində isə %4.7lik nisbətiylə ABŞdan sonra Yaponiya ikinci sıranı al/götürməkdədir. ÜDM sıralamasında isə birinci sıranı ABŞ ikinci sıranı Yaponiya götürməkdədir.Yaponiyanın ixracatında ABŞ, idxalatında isə ən böyük pay sahibi ölkə Çin Xalq Respublikasıdır. İdxalatda Çini, ABŞ izləməkdədir. Yaponiyaya baxdığımızda maliyyə təşviqlərin təsirinin ancaq işsizlikdəki qismi enişi və ödəniş səviyyələrindəki azalmanı qoruduğu deyilə bilər. 2011-ci ildə böyümənin yüzdə 2 ətrafında olması gözlənilməkdədir. 2011 ili boyunca işsizlik nisbətləri yüzdə 5.5 səviyyələrində davam edəcək və defilyasiyada da varlığını qoruyacaq. Bank of Japan deflasyon ilə döyüşdə daha güclü tədbirlər görməlidir.
Yaponiya konstitusiyası
Yaponiya parlamenti 1947-ci il 3 mayda ölkənin yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə monarxiya rejimi saxlanılırdı. Lakin imperator əvvəlki mütləq hakimiyyətindən məhrum edilirdi. Ali hakimiyyət ümumi səsvermə yolu ilə seçilən iki palatlı parlamentə məxsus oldu. Konstitusiyanın 9-cu maddəsində deyilirdi ki, "yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir". Ümumiyyətlə, konstitusiya o vaxta qədər qəbul olunmuş qanunları əhatə etməklə ölkədə demokratik və qeyri-militarist təməllərin bərqərar olmasını bir daha təsbit etdi.Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir, hakimiyyət xalqın əlindədir. Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. İcra səlahiyyəti bütövlükdə Parlament tərəfindən formalaşdırılan və onun qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetinə aiddir. Konstitusiya 99 maddədən ibarətdir. == Konstitusiyaya düzəlişlər == Konstitusiyaya düzəliş etmək üçün, onun lehinə Parlamentin hər iki palatasının üzvlərinin 2/3 hissəsi səs verməlidir və xüsusi referendumun əksər elektoratı tərəfindən bu düzəliş təqdir edilməlidir.
Yaponiya kürdləri
Yaponiya kürdləri (yap. 在日クルド人 Zainichi Kurudo-jin; kürd. Kurdên Japonyayê) — Şərqi Asiyada yerləşən ada ölkəsi Yaponiyada məskunlaşmış kürd əsilli əhali. Yaponiyada 2 min nəfərə yaxın etnik kürd yaşayır. Kürdlərin ölkəyə Türkiyənin şərqi və İraqın şimalındakı şəhərlərdən gəldiyi məlumdur. İcmanın kompakt yaşadığı bölgələr paytaxt Tokiodan şimalda yerləşən Şarabi və Kavaquçi şəhərləridir. Şarabinin bəzən Şərəbistan formasında adlandırılması kürd icmasının adlı ilə bağlıdır.
Yaponiya memarlığı
Yaponiya memarlığı — Yaponiya incəsənətinin əsas qolarından olub, yapon xalqının yaşayış tərzini, ənənələrini və etiqadını xarakterizə edən yapon mədəniyyəti. == Sintoist memarlığı == Yaponiyada əsrlər boyu Sintoist allahlarının şərəfinə çoxsaylı ehram və məbədlər tikilirdi. Adətən bu tikililər meşə və dağ başında inşa edilirdi. Hər bir tikili, məbəd kiçik su hövuzu olan bağla əhatələnirdi. Burada dualardan əvvəl xüsusi təmizlik işlərini həyata keçirmək üçün bulaçlar da tikilirdi. Məbədləri müqəddəs darvaza – torilər əhatə edirdi. Sintoist memarlığının gözəl nümunəsi kimi ilahə Amaterasunun şərəfinə İsedəki kömpleksi göstərmək olar. Yaponiyanın əfsanəvi tarixi, təbiəti, iqlimi yapon memarlığının inkişafında və fərliliyində əsas təşkil edir. Memarlıq sənətinin kökləri də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur. Sintoist konfutsi və budda ideallarını özündə ehtiva edən ənənəvi yapon estetikası bu xalqın incəsənətinin dərk edilməsində xüsusi prinsiplər işləyib hazırlamışdır.
Yaponiya mədəniyyəti
== Yapon incəsənətinin xüsusiyyətləri == Yapon ənənəvi incəsənəti, onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir. Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar köçəri halda yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır. Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar Gündoğar ölkənin məskunları olmaq şərtilə şintoizm, konfutsiçilik və buddizmdir. == Sinto məbədi == İlahi başlanğıc kimi təbiətə hörmət və etiqad qədim yaponların milli dini olan sintonu – «allahların yolu»nu yaratdı. Sintoist inamlar şaman ayinlərinə çox yaxındır: burada göy cisimlərinin hərəkətini idarə edən mələklərə sitayiş başlıca yer tuturdu. Bu sitayiş təbiət hadisələrində, dağ, dəniz, çay, çəmənlik, ağac və daşlarda da təzahür tapırdı. Qədimlərdə hər bir tayfa və qəbilənin fərdi himayəçi allahları vardı.
Yaponiya mətbəxi
Yaponiya mətbəxi — Yaponiyanın milli, məşhur mətbəxi. Dadların cürbəcürlüyü ilə boldur. Təbii və ahəngdar olan bu mətbəx dünyanın ən sağlam mətbəxi sayılır. Tərkibində kalori miqdarı azdır. Yapon mətbəxi dəmir və proteinlə zəngindir, tərkibindəki xolesterin və piylərin müxtəlif növlərinin miqdarı isə aşağıdır. Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və yaponların uzunömürlülüyü bunun tam sübutudur. == Haqqında == Yaponiyada qadınlar demək olar ki, piylənmədən əziyyət çəkmir, başqa ölkələrin sakinlərinə nisbətən daha çox yaşayırlar. Az xəstələnir, eyni zamanda özlərinə sərhəd qoymadan hər şey yeyirlər. Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam, enerji və yüksək əhval ruhiyyə verən - mətbəxdi. Heyrətamizdi, ancaq bildiyimiz Yaponiya mətbəxinin əsasını qoyan ərzaq çatışmamazlığı olmuşdur.
Yaponiya tarixi
Yapon tarixi — Yaponiyanın keçmişi. == Qədim dövr == Yayoi dövründə (b.e.ə. IV — b.e. III əsri), əkinçilik və sənətkarlıq intensiv yayılıb, dəmirçilik sənəti inkişaf edib, dəmir və tunc məlumatların istifadəsinə başlanılıb, ipəkçilik və toxuculuq texnologiyası meydana gəlib, təbii məhsul mübadiləsi yaranıb. Hesab olunur ki, şəkil çəkmə, dəmir, tuncla işləmək bacarıqları Kyuşu adasına Koreyadan gəlib. Həmin dövürdə ilk aristokrat klanları meydana gəlib,dini inanclarını günəş allahı Ameterasudan götürüblər. Bu dövrün adı ilk gil məhsullarının tapıldığı Yayoi (Tokio) ilə bağlıdır. Kənd təsərüffatının yaranması ilə tayfa ittifaqları ilk Yaponiya dövlətini yaratmağa başladılar. Sonralar idarəetmə mərkəzi cənuba — məhsuldar torpaqları olan Kinay rayonuna yerləşdirilib. Yamato tayfasının hakimiyyəti altında isə, ölkə birləşməyə başladı.
Yaponiya türkləri
Yaponiya türkləri (在日トルコ人, Zainiçi torukocin) – Yaponiya dövlətinin ərazisində yaşayan Türkiyə türkləri. == Demoqrafiya == Türklərin Yaponiyaya miqrasiya dalğası 1990-cı illərdə başlayıb. Həmin dövrlərdə 20-30 yaşlı kişilər işləmək üçün təkbaşına Yaponiyaya miqrasiya edirdilər. 1990-cı ildə Yaponiyada yaşayan türklərin sayı 220 olduğu halda, 30 il sonra - 2010-cu ildə bu say 7,6 dəfə artaraq 1553-ə çatmışdır. Yaponiyaya gələn türk kişilərin çoxu burada yapon qadınlarla evlənərək ailə həyatı qurublar. 2000-ci illərdə isə öz icmalarını qurmağa başlayıblar. 2018-ci ilin məlumatına əsasən hazırda Yaponiyada 5393 türk yaşayır ki, onlardan 619-u Yaponiya vətəndaşı ilə evlənib və bu evliliklərdən 400-ə yaxın türk-yapon uşaq doğulub.Yaponiyada doğulan türk uşaqların qarşılaşdıqları əsas problemlər İslam təhsilinin olmaması və türk dilində təhsil ala bilməmələridir.Türklərin ən çox cəmləşdiyi prefektura Aiçi prefekturasıdır. Yaponiya türklərinin üçdə biri burada yaşayır. Daha sonra Tokio və Saytama prefekturaları da Yaponiya türklərinin ən çox yaşadığı ərazilərdir. 2018-ci il məlumatına görə Yaponiya türklərinin prefekturalara görə paylanması belədir: Aiçi (1616), Saytama (1555), Tokio (814), Kanaqava (264), Osaka (218), Qunma (195), Çiba (95), Qifu (76), Kioto (71) və Hyoqo (56).2010-cu ilin statistikasına görə yaponlarla evlənən türk qadınların göstəricisi 2,1% olduğu halda, yaponlarla evlənən türk kişilərin göstəricisi 66,2% təşkil edir.
Yaponiya şəhərləri
Şəhərlər — Yaponiyanın bələdiyyə səviyyəli inzibati vahidləri. Qəsəbə və kəndlərdən fərqli olaraq şəhərlər qəzaların tərkibinə daxil deyillər və birbaşa prefekturalara tabedirlər. Şəhərlərin hüquqları "Yerli idarəetmə haqqında Yaponiya Qanunu" ilə müəyyənləşdirilir. Əhalisinin sayı 50 min nəfəri keçən yaşayış məntəqələri bu statusu ala, əhalisinin sayı azalıb 50 mindən aşağı düşən yaşayış məntəqələri isə bu statusu itirə bilər. Yaponiyanın əhalisinin sayı ən az olan şəhərində — Utasinayda cəmi 6 min nəfər yaşayır. Amma məsələn, həmin prefekturaya daxil olan Otofuke qəsəbəsinin əhalisinin sayı 40 minə yaxındır. Ən iri şəhərlər xüsusi (əhalisi 200 mindən çox), mərkəzi (əhalisi 300 mindən çox) və ya hökumət qərarı ilə müəyyənləşdirilimiş (əhalisi 500 mindən çox) şəhər statusu ala bilərlər. 2010-cu il aprel ayının 1-nə olan məlumata görə Yaponiyada 786 şəhər var. == İstinadlar == == Xarici keçidlər == "全国自治体マップ検索" (jp). Local Authorities Systems Development Center.
Yaponiya Əhalisi
Yaponiya əhalisi 1 oktyabr 2005-ci il siyahıya alması zamanı 127.767.994 nəfər olmuş, 1 aprel 2009-cu il rəsmi təxmininə əsasən isə 127,6 milyon nəfərdir. 2005-ci ildə aparılmış siyahıya almanın rəsmən açıqlanmış yekunlarına əsasən Yaponiyada 1,555,505 nəfər (466,637 nəfəri Koreyalı, 346,877 nəfəri Çinli , 214,049 nəfəri Brazilyalı, 123,747 nəfəri Filippinli, 40,091 nəfəri Perulu, 37,417 nəfəri ABŞ-lı, 26,429 nəfəri Taylandlı, 20,630 nəfəri Vyetnamlı, 18,041 nəfəri İndoneziyalı, 9,605 nəfəri Böyük Britaniyalı, 251,982 nəfəri isə digər ölkələrdən olmaqla) əcnəbi yaşayır. 2018-ci ildə ölkədə bir qadına orta hesabla 1,42 uşaq doğumu sayı düşüb. Okinava prefekturasında bu göstərici ölkə üzrə ən yüksək səviyyədə −1,89, Tokioda isə ən aşağı həddədir – 1,2. 2018-ci ildə ölkə ərazisində 920 min körpə dünyaya gəlib. Bu, həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Həmin il ölənlərin ümumi sayı isə 1 milyon 360 min nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən böyük göstəricidir. Ölənlərlə yeni dünyaya gələnlərin say fərqi 444 min nəfər təşkil edib ki, bu da 11 ildir davam edən azalmada yeni rekorddur. == İstinadlar == == Ədəbiyyat == Ministry of İnternal Affairs and Communications : Based on the 2005 Population Census, the total population was 127,767,994. 62,348,977 were males (48.8%) and 65,419,017 were females (51.2%).
NTV (Yaponiya)
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Yaponiya azərbaycanlıları
Yaponiya azərbaycanlıları (在日アゼルバイジャン人, Zainiçi azerubaycancin) – Yaponiya dövlətinin ərazisində yaşayan azərbaycanlılar. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb. == Statistika == 2022-ci ilin məlumatına əsasən Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır. Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir. Azərbaycan azərbaycanlıları ilə yanaşı Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir. == Tanınmış şəxslər == Xəlil Kələntər – 1981-ci ildən Naqoya və Tokio şəhərlərində yaşayan elektrik mühəndisi. Gülnarə Səfərova – Bakı Musiqi Akademiyasının məzunu olmuş qadın pianoçu. Əlibəy Məmmədov – Hokkaydo Universitetinin siyasi elmlər üzrə doktorantı, Yaponiya–Azərbaycan Əməkdaşlıq Assosasiyasının təsisçisi və sədri.
Yaponiya yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
"Yapon" və yaponiyalı (film, 1990)
"Yapon" və yaponiyalı (kir. "Јапон" вә јапонијалы) – 1990-cı ildə Sergey Ratnikovun rejissorluğu ilə çəkilmiş Azərbaycan filmi. Ratnikovun rejissor kimi debüt filmidir. Film 1944-cü ildə Nardarana düşmüş yaponiyalı əsgər və "yapon" ləqəbli yerli sakindən bəhs edir. == Məzmun == Hadisələr 1944-cü ildə baş verir. Okinavada bir kamikaze dəstəsi döyüşə çıxır. Onlara ölmək əmri verilsə də, kamikazelərdən biri (Eduard Pak) tapşırığı yerinə yetirə bilmir və istiqamətini itirib Nardaran qəsəbəsinə düşür. Bu zaman dənizdə balıq tutan Gülbala (Davud Davudov) ilə rastlaşır. Qəsəbədə qıyıq gözlərinə görə "yapon" adlandırılan Gülbala onu xilas edərək evə gətirir. Yaponiyalı Gülbala və onun kor anası (Lətifə Əliyeva) ilə birlikdə yaşamağa başlayır.
"Yaponiya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Medal layihəsinin müəllifi rəssam Lukina M.L.-dir. == Təltif olunanlar == 1,8 milyon müharibə iştirakçısı bu medalla təltif edilmişdir.
ABŞ–Yaponiya münasibətləri
ABŞ–Yaponiya — ABŞ ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiyanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Birləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündoğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qarşılıqlı iqtisadiyyatını yaradan, son dərəcə sıx, çoxtərəfli, genişmiqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dünyada ABŞ-Kanada “cütlüyü”ndən sonra ən iri, mühüm bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponiyanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi-siyasi iştirakının əsasında özünün vacib, qlobal müttəfiqinə çevirmişdir. Nyu-Yorkdakı Binqamton Universitetinin tədqiqatçısı Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və iqtisadi münasibətlərindəki vassal münasibətlərini aradan qaldırmışdır. == Soyuq Müharibədən sonra münasibətlər == SSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çatması Yaponiyanın və Yapon-Amerika əməkdaşlığının gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dən fərqli olaraq Yaponiya bu tarixi hadisəyə əhəmiyyətli dərəcədə təmkinlə yanaşdı.
ASEAN–Yaponiya əlaqələri
ASEAN–Yaponiya əlaqələri — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə Yaponiya arasındakı mövcud olan ikitərəfli əlaqələr. == Tarixi == ASEAN–Yaponiya əlaqələri 1972-ci ildə yaradılmışdır. Münasibətlərinin qurulmasında və inkişafında hər iki tərəfin maraqları vardır. Həmin vaxtlarda Yaponiyanın hökumət nümayəndələri bəyan etmişdilər ki, "Yaponiya əsas diqqəti ASEAN ölkələri ilə sosial-iqtisadi və siyasi sabitliyi qorumağa yönəldəcəkdir." 1976-cı ildə isə Assossiasiya üzvləri Yaponiya ilə münasibətləri daha geniş səviyyədə qurmaq qərarına gəldilər. 1976-cı ilin sonlarında ASEAN-ın Baş katibi Tokiyoya səfər etdi. Bu səfər zamanı gələcəkdə ASEAN–Yaponiya forumunun keçirilməsi qərara alındı. 1977-ci ilin martında Cakartada ilk ASEAN–Yaponiya forumu keçirildi. Nəticədə, XX əsrin 70-ci illərindən başlayaraq Yaponiya ABŞ-dən sonra ASEAN-la iqtisadi əlaqələri olan ikinci dövlətə çevrildi. 1997-ci ildən başlayaraq hər il yapon liderlərinin iştirakı ilə ASEAN+1 (Yaponiya) sammiti keçirilir. Yaponiyanın ASEAN-la daimi əlaqələri hər il keçirilən ASEAN–Yaponiya forumu vasitəsilə də həyata keçirilir.
Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792-1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun Naqasaki limanına daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa bir rus ekspedisiyası baş tutmamışdır. == Marşrutu == === Nemuro === Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.
Almaniya–Yaponiya münasibətləri
Almaniya–Yaponiya münasibətləri (alm. Deutsch-japanische Beziehungen‎; yap. 日独関係) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi. 1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.
Andorra–Yaponiya münasibətləri
Andorra–Yaponiya münasibətləri (kat. Relació entre el Japó i Andorra; yap. 日本とアンドラの関係) — Andorra ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Andorra ilə Yaponiya arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabrında qurulmuşdur. Andorra baş naziri Mark Forne Molne 2005-ci ildə Yaponiyaya səfər etmişdir. Yaponiya siyasətçisi Kentaro Sonoura 2015-ci ildə Andorranı ziyarət etmişdir. == Əhali == 2021-ci ilin oktyabrına olan məlumata əsasən Andorrada 16 Yaponiya vətəndaşı yaşayır.
Azərbaycan-Yaponiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Yaponiya münasibətləri
Azərbaycan–Yaponiya münasibətləri — Azərbaycan Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin sentyabr ayının 7-də qurulmuşdur.1998-ci ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Yaponiyaya səfər etmiş və Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə söhbət etmişdir. 31 avqust 2004-cü ildə İlham Əliyev Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının formalaşmasının əsası 1998-ci ildə qoyulmuşdur. Dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə İlham Əliyev 5 oktyabr 2004-cü ildə Yaponiya səfiri Toşiyuki Fucivaranı Azərbaycanın ən yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zakir Zeynalov olmuşdur. 4 mart 2016-cı il tarixindən Muxtar Babayev işçi qrupunun rəhbəridir. == İqtisadiyyat == 22 mart 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyanın İnpex şirkətinin prezidenti Kuniho Matsuonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. == Tarixi == “Ağ gün”ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə “Marshmallow” şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə “Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, “Marshmallow Day” yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral - Valentin günündən düz bir ay sonra idi.
Butan–Yaponiya münasibətləri
Butan–Yaponiya münasibətləri — Yaponiya və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 28 mart 1986-cı ildə qurulmuşdur. == Diplomatik nümayəndəliklər == Yaponiya Butandakı maraqlarını Hindistanın Yeni Dehlidəki bir səfirliyi vasitəsi ilə təmsil edir. 2014-cü ilin aprelinə qədər Yaponiya Thimphuda səfirlik açmağı planlaşdırdı. Butanda Yaponiya səfirliyinin açılmasının mümkün səbəblərindən biri Çinin bölgədəki təsirini önləmək məqsədi güdürü. Lakin maliyyə çatışmazlığı bu planların həyata keçirilməsinə mane ola bilər. 2017-ci ildə olan məlumata görə Yaponiya hələ Hindistandakı səfiri vasitəsi ilə Butandakı maraqlarını qoruyur. == Qarşılıqlı səfərlər == 15-20 noyabr 2011-ci il tarixlərində Butan Kralı Ciqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyada dövlət səfərində olmuşdular. Bu zaman kral ailəsi ilə imperator ailəsi arasında görüşlər təşkil olunmuşdur. 1987-ci ilin mart ayında Yapon imperator ailəsinin Butana ilk ziyarəti gerçəkləşir.
CAR–Yaponiya münasibətləri
CAR–Yaponiya münasibətləri — Cənubi Afrika Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarix == Yaponiya ilə Cənubi Afrika arasında ticarət əlaqələrinin tarixi Yan van Ribekin Naqasaki limanında yerləşən Decimaya çatdığı 1643-cü ildən başlayır. O, Yaponiyada Holland Ost-İnd Şirkətinin (HOİŞ) təmsilçisi olan Yan van Elseraqı müşayiət etmişdir. 7 il sonra 1950-ci ildə Ribek Cənubi Afrikadakı vəhşi heyvanları Yaponiyaya satmağı təklif etmişdir.1898-ci ildə Furuya Komahey Cənubi Afrikada mağaza açmış ilk yapon biznesmen olmuşdur. Keyptaunda yerləşən bu mağaza Mikado Şoten (İmperator mağazası) adlanırdı. 1942-ci ilə qədər açıq qalsa da, həmin il hökumət tərəfindən bağlanılmış və malları müsadirə olunmuşdur.1904-cü ildə Yaponiya Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin dəstəyi ilə İvazaki Kanzo Durbanda kiçik biznes qurmuşdur.Yaponiya 1918-ci ildə Keyptaunda konsulluq açmışdır.Cənubi Afrikada mövcud olan aparteid rejiminə görə tətbiq olunan sanksiyalara baxmayaraq Yaponiya 1960-cı illərdə Cənubi Afrika ilə təbii resursları üçün ticarət əlaqələri başlatmışdır. Buna görə də Cənubi Afrikada yaşayan yaponlara fəxri ağ statusu verilmişdir. Bu isə Cənubi Afrikada aparteid rejiminə qarşı olan siyasətçilərin narazılığına səbəb olmuşdur. Bundan əlavə, Yaponiyanın ağ azlığın qurduğu hakimiyyətə dəstək verməsi Qara Afrika ölkələrinin tənqidinə səbəb olmuşdur. 1983-cü ildə Tanzaniyanın Yaponiyadakı səfiri Əhməd Hassan Diria yapon turistlərinin Cənubi Afrikanı ziyarət etməsindən əldə olunan gəlirin aparteidi gücləndirdiyini bildirmişdir.1994-cü ildən Yaponiya ilə CAR arasındakı güclü ticarət əlaqələri yerli bürokratik münaqişələrə görə məhdudlanmışdır.
Cartoon Network (Yaponiya)
Cartoon Network (Yaponca: カ ー ト ゥ ー ネ ッ ト ワ ー ク, Hepburn: Kātūn Nettowāku) - Turner Japan tərəfindən idarə olunan yapon kabel və peyk televiziya kanalıdır. Kanal uşaqları hədəf alır və əsasən cizgi serial və filmlər yayımlayır. ABŞ-dakı eyniadlı televiziya kanalının bir Yapon versiyası olaraq, Cartoon Network, ABŞ-dakı həmkarından orijinal serialları, eyni zamanda bir neçə Yapon cizgi serialları və filmlərini, o cümlədən digər Yapon istehsalı olmayan proqramları yayımlayır. 1 oktyabr 2011-ci ildə Yaponiyada Cartoon Network, Turner Broadcasting System Asia Pacific tərəfindən idarə olunan Cartoon Network-un digər versiyaları ilə birlikdə mövcud markasını qəbul etdi. 1 aprel 2017-ci ildə kanal Cartoon Networkun Dimensional marka paketindəki qrafiklərdən istifadə etməyə başladı.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. == Tarix == 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Estoniya–Yaponiya münasibətləri
Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir. == Tarixi == Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır. Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır. Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu.1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir. 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir. === 1991-ci ildən sonra === Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir. Yaponiyanın Tallin şəhərində səfirliyi 1993-cü ilin yanvarında, Estoniyanın Tokiodakı səfirliyi isə 1996-cı ilin sentyabrında açılmışdır.
Gürcüstan–Yaponiya münasibətləri
Gürcüstan–Yaponiya münasibətləri — Yaponiya və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır. == İqtisadi əlaqələr və maliyyə yardımları == Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur. == Hərbi əməkdaşlıq == 2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər. == Yaponiyanın Cənubi Osetiya və Abxaziya brəsindəki rəsmi bəyanatları == Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdir.
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.
Konstitusiya Günü (Yaponiya)
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. == İstinadlar == == Xarici keçidlər == День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945)1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Mavi göl (Yaponiya)
Misir–Yaponiya münasibətləri
Misir–Yaponiya münasibətləri (ərəb. العلاقات المصرية اليابانية‎; yap. 日本とエジプトの関係) — Misir ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Misir səfiri Yaponiya ilə olan münasibətləri "çox güclü dostluq" kimi təsvir etmişdir. Hər iki ölkədə qarşılıqlı səfirliklər fəaliyyət göstərir. Hər iki ölkə arasında güclü ticarət əlaqələri var. == Tarix == İki ölkə arasındakı münasibətlərin tarixi XIX əsrə qədər gedib çıxır. Lakin müasir münasibətlərin əsası 1922-ci ildə qoyulmuşdur. Həmin il Yaponiya Misirin müstəqilliyini tanımışdır. Bundan sonra ölkələr arasında səmimi münasibətlər davam etmişdir.
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. == Ümumi məlumat == XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Mədəniyyət günü (Yaponiya)
Mədəniyyət günü (yap. 文化の日 (Bunka no hi) - 1948-ci ildən etibarən hər il noyabrın 3-ü qeyd edilən Yaponiyanın milli dövlət bayramı. == Haqqında == Mədəniyyət günü ilk dəfə bayram kimi noyabrın 3-ü 1948-ci ildə, müharibədən sonra Yaponiyada qəbul edilən konstitusiyanın (3 noyabr 1946) xatirəsinə, dünyada ölkənin mədəniyyətini tanıtmaq və yaymaq məqsədilə “azadlıq və sülh” şüarı ilə keçirilmişdir. 1868-ci ildən II Dünya Müharibəsinədək bu gün imperator Meici`nin (Mutsuhito (睦仁)) doğum günü kimi qeyd edilir və bayram Tençō-setsu (天長節) adlandırılırdı. 1912-ci ildə imperator Meicinin vəfatından sonra 1927-ci ilədək, demək olar ki, bayram öz aktuallığını itirir. Nəhayət 1927-ci ildə imperatorun doğum günü xüsusi bayrama çevrilir və Meici-setsu (明治節) adlandırılır. Meici-setsu 1948-ci ildə Mədəniyyət günü kimi qeyd olunmağa başlasa da. hakim dairələr indiki bayram günü ilə imperatorun doğum gününün əlaqəsinin olmadığını iddia edirlər. Günümüzdə bayram müxtəlif səpkidə keçirilən bədii əsərlərdən sərgilər, səhnələr, paradlarla müşayiət olunur. Demək olar ki, Yaponiyada muzeylərin əksəriyyəti üçün noyabrın 3-ü məhz “açıq qapılar günü” kimi keçir.
Mərkəzi Asiya üstəgəl Yaponiya
Mərkəzi Asiya üstəgəl Yaponiya dialoqu – Yaponiya ilə Mərkəzi Asiyada yerləşən dövlətlər (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında yeni əməkdaşlıqlar yaratmaq məqsədilə irəli sürülən siyasi təşəbbüs. Məqsəd Yaponiya ilə Mərkəzi Asiya arasında əlaqələri yeni səviyyəyə qaldırmaqdır. Neytrallığını qoruyan Türkmənistan sadəcə müşahidəçi qismindədir. == Üzvlər == Yaponiya Qazaxıstan Qırğızıstan Tacikistan Özbəkistan Türkmənistan == Tarix == Dialoq 28 avqust 2004-cü ildə Qazaxıstanın Astana şəhərində Yaponiya və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşündə elan olunmuşdur. Buraxılan birgə bəyannamədə tərəflərin 4 istiqamətdəki baxışları əks olunmuşdur: fundamental prinsiplər və dəyərlər, əlaqələrin genişləndirilməsi, regionlararası əməkdaşlıq və beynəlxalq arenada əməkdaşlıq. Bəyannaməyə əsasən dialoqun əsas hədəfləri bunlardır: Mərkəzi Asiyada sülh, stabillik və demokratiyanı gücləndirmək. Regionun iqtisadi fondlarını, islahatları və sosial inkişafı gücləndirmək. Regionlar arası əməkdaşlığı gücləndirmək. Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaxşı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi. Digər regional məsələlərə hörmətlə yanaşan Yaponiya-Mərkəzi Asiya əməkdaşlığı.Birgə bəyannamədə Yaponiya ilə Mərkəzi Asiya arasında potensial əməkdaşlıq sahələri də göstərilmişdir.