Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «ÖZ» – 42

ÖZ

əvəz. 1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan.
ətraflı

ÖZBAŞINA

zərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan.
ətraflı

ÖZBAŞINALIQ

is. Hər hansı bir işdə qanuna, intizama, qəbul olunmuş nizam və qay- daya zidd hərəkət; başlı-başınalıq.
ətraflı

ÖZBƏK

is. Özbəkistan Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.

ÖZBƏKCƏ

sif. və zərf Özbək dilində. Özbəkcə öyrənmək. Özbəkcə qəzet.

ÖZCƏ

sif. Özünə aid olan; özünün. Özcə işinlə məşğul ol.
ətraflı

ÖZCÜYƏZ

əvəz. “Öz”dən oxş. [Gülöyşə Sənubərə:] Qoy özcüyəzi görüşsün, danışsın. B.Bayramov.

ÖZƏK

is. 1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.
ətraflı

ÖZƏKLƏMƏ

“Özəkləmək”dən f.is.

ÖZƏKLƏMƏK

f. Özək əmələ gəlmək, özək bağlamaq. Çiban özəkləyib.

ÖZƏKLİ

sif. Özəyi olan, özək bağlamış.

ÖZFƏALİYYƏT

is. İncəsənətdə (musiqi, teatr, xor və s.
ətraflı

ÖZGƏ

sif. 1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən.
ətraflı

ÖZGƏYERLİ

is. Yad, başqa yerli, gəlmə; yadelli.

ÖZGÜN

sif. Özünəməxsus, özünə xas olan, orijinal.
ətraflı

ÖZLƏMƏ

“Özləmək”dən f.is.

ÖZLƏMƏK

f. şair. Bir daha görmək və ya qovuşmaq arzusunda olmaq; görmək istəmək, arzulamaq, həsrətində olmaq.
ətraflı

ÖZLÜ

sif. Yapışqanlı, yapışqan kimi; yarımqatı. Özlü maddə.

ÖZLÜLÜK

is. Yapışqanlılıq, qatılıq. Məhlulun özlülük dərəcəsi.

ÖZLÜYÜNDƏ

zərf 1. Öz fikrində, öz aləmində, öz düşüncəsində, öz-özlüyündə.
ətraflı