Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «CI» – 151
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
CA CE CI CO CU
 

CIBBILI, CIBCIBBILI

sif. dan. Çox balaca, bapbalaca, xırdaca, cıqqılı.
ətraflı

CIBIRIQ

is. Qozun üst göy qabığı, yaxud üst göy qabığı çıxarılmış qoz.
ətraflı

CIDIR

is. 1. At yarışı. Azərbaycanda cıdırın qədim tarixi var.
ətraflı

CIDIRÇI

is. Cıdıra çıxan, cıdırda iştirak edən şəxs.
ətraflı

CIĞ

is. bot. 1. Torpağın üstünü basan süpürgəvari ot.
ətraflı

CIĞA

bax cıqqa 1-ci mənada. Yanaşsa üzünə müştaq dəhanlar; Nəfəs dəyər, cığaları yellənər.
ətraflı

CIĞAL

sif. Oyun zamanı oyunun qaydalarını pozmağa və haqsız olduğu halda mübahisə etməyə adət etmiş adam.
ətraflı

CIĞALBAZ

sif. [cığal və fars. ...baz] Cığallıq etməyi sevən, həmişə cığallıq edən. Cığalbazı (is.) oyundan kənar etmək.

CIĞALBAZLIQ

is. Cığallığı adət etmə, həmişə cığallıq etmə; cığallıq.

CIĞALLAMA

“Cığallamaq”dan f.is.

CIĞALLAMAQ

f. Qəsdən oyunun qaydalarını pozmaq, cığallıq eləmək.

CIĞALLIQ

is. Cığal adamın xasiyyəti, hərəkəti; oyun qaydalarını qəsdən pozma.
ətraflı

CIĞARA

[isp. cigarra] Siqaret, papiros. Cığara çəkmək.
ətraflı

CIĞ-CIĞ₁

bax cığ-bığ.

CIĞ-CIĞ₂

is. zool. Qağayı cinsindən xırda suquşu, çay-göl qağayısı.

CIĞCIĞA₁

is. etnoq. 1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi.
ətraflı

CIĞCIĞA₂

is. bot. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot.

CIĞILDAMA

“Cığıldamaq”dan f.is.

CIĞILDAMAQ

f. Cığ-cığ səs çıxarmaq, cığıltı səsi çıxarmaq.
ətraflı

CIĞILDAŞMA

“Cığıldaşmaq”dan f.is.