Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «H» – 1136
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
HA HE HI HM HO HU
 

HAİL₂

sif. [ər.] köhn. 1. Qorxunc. 2. Azman, nəhəng.

HAİZ

sif. [ər.] köhn. 1. Sahib, yiyə. 2. Əhatə edən.

HAFİZ

is. [ər.] köhn. 1. Qoruyan, saxlayan, mühafizə edən. 2. Quranı əzbər bilən adam.

HAFİZƏ

is. [ər.] Bir şeyi zehnində, yadında saxlama və yenidən təsəvvüründə canlandırma qabiliyyəti; yaddaş.
ətraflı

HAFİZƏLİ

sif. Yaxşı hafizəsi, yaddaşı olan; yaddaşlı.
ətraflı

HAFİZƏSİZ

sif. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan; yaddaşsız, unutqan, huşsuz. Hafizəsiz qoca.

HAFİZƏSİZLİK

is. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan adamın halı; yaddaşsızlıq, unutqanlıq, huşsuzluq.
ətraflı

HAKƏZA

zərf [ər.] köhn. Beləcə, bu surətdə.

HAKİM

is. [ər.] 1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs.
ətraflı

HAKİMİYYƏT

is. İdarə etmək hüququ, siyasi hökmranlıq.
ətraflı

HAKİMLİK

is. 1. B a x hakimiyyət. 2. idm. Hakimin (2-ci mənada) öz vəzifəsini ifa etməsi.
ətraflı

HAQQ₁

[ər.] 1. sif. Doğru, düz, düzgün, həqiqi.
ətraflı

HAQQ₂

is. [ər.] 1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın.
ətraflı

HAQQ-ƏDALƏT

is. [ər.] Ədalət, insaf. Səninləyəm, haqq-ədalət, səninləyəm; Milli qürur, milli qeyrət, səninləyəm! M.Araz.

HAQQ-HESAB

is. [ər.] 1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab.
ətraflı

HAQQ-NAHAQ

zərf [ər. həqq və fars. na] Haqlı olub-olmadığından asılı olmayaraq; istər haqlı olsun, istər haqsız.
ətraflı

HAQQ-SAY

is. [ər.] Zəhmət, əmək. Bu mədəndə saç ağartmış ustanın, düzü; Otuz illik haqqı-sayı, əməyi vardı.
ətraflı

HAQLAMA

“Haqlamaq”dan f.is.

HAQLAMAQ

f. Yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq, başının üstünü almaq.
ətraflı

HAQLAŞMA

“Haqlaşmaq”dan f.is.