YƏQİNLİK

is. Şəkk və şübhəsizlik, düzlük, doğruluq, həqiqilik.
Bu ehtimalı xatirə gətirə bildiyinə xoşlanan Nəriman bu hadisənin yəqinliyini düşünəndə məyus oldu. Mir Cəlal.

□ Yəqinlik hasil etmək – bir şeyin doğru olduğunu müxtəlif yollarla müəyyən etmək, yəqin etmək, inanmaq.
Yəqinlik hasil olmaq – doğru olduğu müəyyənləşmək, aşkara çıxmaq. Bu xüsusda hamıda yəqinlik hasil oldu.
[Soltan bəy:] Bəs elə isə, bir balaca üzünü göstər ki, yəqinlik hasil olsun. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YƏQİNLİK şəksizlik — şübhəsizlik
  • YƏQİNLİK düzlük — doğruluq — həqiqilik

Antonimlər (əks mənalı sözlər)

  • YƏQİNLİK YƏQİNLİK – ŞÜBHƏLİLİK Bəs elə isə, bir balaca üzünü göstər ki, yəqinlik hasil olsun (Ü.Hacıbəyov); Şübhəliliyim daha da artdı
YƏQİNLƏŞMƏK
YƏMİN

Digər lüğətlərdə

бра́тски надтёсываться омрача́ться переве́тчик притоносодержа́тель сифо́н су́слить искарио́тство кинотеа́тр разоблача́ться соверши́ться твои́ этиоло́гия лояльный тальк burial place picture-show pigeon's throat protectionism providing горнист добыча миткаль панибратство стенография