ZOQQULDAMAQ

f. dan.
1. İrin, çirk etməyə yaxın bərk ağrımaq, sancmaq, göynəmək (yara). Çibanım zoqquldayır.
– Balaqardaş, … canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəyimin ortası zoqquldayır… N.Vəzirov.
[Mürsəl] ufuldayırdı, çünki yarası zoqquldayırdı. Ə.Vəliyev.

2. məc. İnləmək, inildəyə-inildəyə ağlamaq acı-acı ağlamaq.
Bəxti də bu zaman zoqquldayıb ağlamışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZOQQULDAMAQ zoqquldamaq bax 1. ağrımaq; 2. inildəmək
  • ZOQQULDAMAQ ağrımaq — sancmaq — göynəmək — inləmək
ZOQQULDAMA
ZOQQULTU

Digər lüğətlərdə

влепи́ть молоди́ло програ́ммность сноро́вный столп ума́лчивание Умиле́ние апо́стол напа́ривать нечи́щеный отожествля́ть фибри́н abampere Bahrein bene cannon-fodder fine mechanics morass petrol tank repaving акафист говеть канонада считать удорожать