CƏBBƏXANA

is. [ ər. cəbhə və fars. …xanə] Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal.
[Fəxrəddin] əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib-keçən kişilərə və qadınlara baxırdı. M.S.Ordubadi.
[Səttarxanla Bağırxan] cəbbəxana tərəfə keçmək istəyirdilər ki, bir çörək dükanının qabağında böyük qələbəlik gördülər. P.Makulu.

// Hərbi sursat, hərbi ləvazimat.
// məc. Böyük ehtiyat mənbəyi.
Ədəbiyyat dilin cəbbəxanasıdır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏBBƏXANA sursat — ləvazimat
CEYRANOTU
CƏBƏL

Digər lüğətlərdə

адвока́тский вы́лепить доверши́ться исправи́тельный кувырка́ть про́боваться си́лой страз тонкосло́йный Эо́л благоле́пие бру́тто слу́чаем слы́шать цветоно́сный што́фный чёрт agamogenetic ajar clon eatery haemoglobin organdy анальный обронить